Ölkə futbolu
“Qarabağ” daha bir ispan futbolçu alır?
“Qarabağ” heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.
Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisi “Rayo Valyekano”dan Coni Montieli transfer etmək niyyətindədi.
Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb. Xəbərdə, “Qarabağ”ın 21 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün təklif göndərəcəyi bildirilib. “Köhlən atlar” qış transfer pəncərəsi dövrü bitməmiş Montiellə rəsmi müqavilə imzalamaq istəyir.
“Rayo Valyekano”nun yetirməsi olan Montiel, bu mövsüm Sequndada 12 oyunda iştirak edib. Yarımmüdafiəçi üç dəfə də 21 yaşadək futbolçulardan ibarət İspaniya millisinin formasını geyinib.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı