Bizi izləyin

Ölkə futbolu

“Qarabağ” işi bitirdi, rəqibi isə…

blank

Azərbaycan kubokunun yarımfinalında ilk oyunların nəticələri ilk baxışdan bizə “Qarabağ” – “Neftçi” finalı vəd edir. Hər iki komanda səfər matçından uğurlu sayıla biləcək nəticəylə dönür və cavab görüşləri üçün nisbi üstünlük qazanıblar. Lakin oyunların gedişinə, qüvvələr nisbətinə, komandaların hazırkı durumuna baxsaq, bir qədər gözləməliyik. Bəli, “Qarabağ”ı artıq indidən finalçı saya bilərik, lakin digər cütdə vəziyyət fərqlidi.

“Qəbələ” hesabı açanda maraqlı mübarizə izəyəcəyimizə, intriqanın cavab görüşünə qalacağına ümid etmişdik. Lakin bölgə təmsilçisinin üstünlüyü cəmi 11 dəqiqə çəkdi, “Qarabağ” cavab qolunu elə buraxdığına oxşar formada vurdu. Ağdamlılar rotasiyalı heyətlə məşq edirmiş kimi oynayıb rəqiblə əyləndi. İkinci hissədəki əvəzetmələrdən sonra isə oyuna yeni daxil olanlar növbəti qolları təşkil edib inamlı qələbəni reallaşdırdı.

1:3 – bu, “Qəbələ” üçün indidən hər şeyin bitdiyi deməkdi. Bir neçə il öncəki “Qəbələ” olsaydı, hətta bu nəticədən sonra da komandanın dönüş edəcəyinə ümid bəsləmək olardı. Lakin Elmar Baxşıyevin yetirmələri indi o gücdə deyil. Həm komandanın çox kiçik heyəti, az sayda keyfiyyətli futbolçusu var, həm də ümumi ab-hava yerində deyil. 9 gündə 3 dəfə ağdamlılarla qarşılaşmalı olan “qırmızı-qaralar” həftəsonu Premyer Liqa çərçivəsində də bu komanda ilə üz-üzə gələcək. Həmin matçda gözlənilən məğlubiyyət bölgə təmsilçisinin avrokubok arzularına böyük ölçüdə son qoyacaq, psixoloji təzyiq artacaq və uğursuzluq güman ki, davam edəcək. Çünki növbəti rəqiblərin də əksəriyyəti yüksək yerə iddialılardı. Üstəlik, kubokun finalına yuxarı yerlərdə qərarlaşan komandaların çıxması “Sabah”ın bu həftə sahiblənəcəyi gözlənilən 4-cü yerin önəmini daha da artırır.

“Zirə”yə gəlincə, qəsəbə təmsilçisi dünən “Neftçi”ni yenməyə borclu idi. Qonaqların açar oyunçularından Eddi İsrafilov, Voislav Stankoviç və Mert Çelik müxtəlif səbəblər üzündən oynamırdı. Müdafiə xəttində ciddi sıxıntısı olan Samir Abasovun hətta ehtiyatda normal əvəzetməsi qalmamışdı. Mamadu Mbodj və ya məcburən müdafiənin mərkəzində oynayan Azər Salahlı zədələnsəydi, vəziyyət qəlizləşəcəkdi.

Ola bilsin ki, dünən “Neftçi” rəhbərliyi Hüqo Bastonu mövsüm bitməmiş yola saldığı üçün başına döyürdü. Hər nə qədər uğursuz transfer olsa da, portuqaliyalı bu məqamda müdafiənin mərkəzində çıraqla axtarılan biri idi.

İlk yarıda aşkar üstün oynayan “Zirə” real qol imkanı qazana bilmədi. Aparıcı oyunçuların fərdi qaydada “bağlanması” meydan sahiblərini “dişsiz” etmişdi. Daha çox taktiki savaş aparan məşqçilər orta sahədə üstünlük qazanmaq üçün 90 dəqiqə çalışdı. Fasilədən sonra “Neftçi” əvəzetmələrlə oyunu bərabərləşdirdi, “qartallar”ın yorulması da işə yaradı. Belədə hər şey cavab oyununa qaldı.

Rəşad Sadıqov təbii ki, qələbə istəyirdi, amma ilk düşüncə uduzmamağa hesablanmışdı. Heyətdəki rotasiyalardan görünürdü ki, “Zirə”nin baş məşqçisi “Sumqayıt”la çempionat matçında qalib gəlməyin planlarını qurur. İstək reallaşsa, avrokuboklara vəsiqə böyük ölçüdə həll olunacaq, ardınca kubokun cavab matçına son döyüş kimi çıxmaq olar.

“Zirə”nin qol vurmaq baxımından çətinlik yaşamasının bir səbəbi də Davit Volkovdu. Gürcüstan yığmasına çağırılandan bəri klubunu unudan hücumçu tükənmiş kimi görünür, sanki fikri buludlardadı. Premyer Liqada bombardir kimi önə çıxan, amma 2022-də qola həsrət qalan forvard əvvəlki formasından çox uzaqdı.

Ümumi oyunu götürsək, “Neftçi” adına təəssüflənməliyik. Komanda hər nə qədər sərfəli nəticə əldə etsə də, oynadığı futbol çempiona yaraşmayacaq qədər bərbaddı. Transfer siyasəti düzgün aparılmadığından, heyət yaxşı komplektləşmədiyindən komandanın oyunu məyus edir. “Zirə”ylə matçda uduzmamaq üçün oynamaq məcburiyyəti flaqmana yaraşmır, lakin reallıqdı.

Qarşıda cavab oyunları var. “Qarabağ” bütün ümidləri tükənən “Qəbələ”ylə formal matça çıxacaqsa, digər finalçı gərgin mübarizədən sonra müəyyənləşəcək. Ümid edək ki, “Neftçi”ylə “Zirə”nin növbəti görüşü daha maraqlı alınacaq. Bu qarşılaşma Abasovun komandadakı taleyinə də böyük ölçüdə aydınlıq gətirəcək. Samir bəyin postunda qalması böyük ölçüdə mövsümü titulla başa vurmasından, ən azı finala çıxmasından asılıdı.

AĞA

Reklam
-------!>
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

blank
Dünya futbolu2022-07-01 21:22

Salahdan “Liverpul”la yeni müqavilə

blank
Dünya futbolu2022-07-01 21:01

Krivotsyuk darmadağına üzüldü

blank
Digər idman növləri2022-07-01 20:42

“Komanda hesabında Avropa çempionu ola bilərdik”

blank
Ölkə futbolu2022-07-01 20:21

“Dinamo”dan Mahir Emreliyə təbrik

blank
Ölkə futbolu2022-07-01 20:00

“Lex” “Qarabağ”la oyunlar üçün 20 futbolçu sifariş etdi

blank
Ölkə futbolu2022-07-01 19:29

“Neftçi”, “Zirə” və “Qəbələ”nin cavab matçlarının da hakimləri bəlli oldu

blank
Dünya futbolu2022-07-01 19:02

Ötən mövsümün ən yaxşı 10 futbolçusu açıqlandı

blank
Ölkə futbolu2022-07-01 18:31

“Qarabağ” Avstriyada belə hazırlaşır – VİDEO

blank
Dünya futbolu2022-07-01 18:03

Fransa klubu baş məşqçisi ilə yollarını ayırdı

blank
Dünya futbolu2022-07-01 17:45

Kvaratsxeliyanın oğlu rəsmən “Napoli”də!

blank
Digər idman növləri2022-07-01 17:31

“Zədələrim olduğuna görə millinin məşqlərinə qatıla bilmədim”

blank
Dünya futbolu2022-07-01 17:15

Poçettino 10 milyon avroya razılaşdı

blank
Dünya futbolu2022-07-01 17:00

Almaniya klubundan “Mançester Siti”yə

blank
Ölkə futbolu2022-07-01 16:46

Felipe Santos “Şamaxı”dan danışdı – “Futbolun daha ciddi adamalara ehtiyacı var”

blank
Digər2022-07-01 16:30

“Futbolinfo” MEDİA-nın qalibləri sırasında!

blank
Ölkə futbolu2022-07-01 16:17

“Neftçi” Türkiyə toplanışına 23 futbolçu ilə yollanır

blank
Dünya futbolu2022-07-01 16:03

İtaliya millisinin üzvü “Torino”dan getdi

blank
Dünya futbolu2022-07-01 15:42

“Qəbələ”nin rəqibi müdafiəçi transfer etdi

blank
Ölkə futbolu2022-07-01 15:21

“Komandadan tam razı qala bilmərik” – Qurban Qurbanov

blank
Dünya futbolu2022-07-01 15:01

Tolisso rəsmən Fransa klubunda

blank
Ölkə futbolu2022-07-01 14:40

KL: Azərbaycan klublarının oyunlarına hakim təyinatları açıqlandı

blank
Ölkə futbolu2022-07-01 14:20

Azərbaycanlı futbolçunun komandası səfərdə darmadağına üzüldü

blank
Digər idman növləri2022-07-01 14:01

Azərbaycan cüdoçuları üçün Rumıniya sınağı

blank
Dünya futbolu2022-07-01 13:43

DÇ-2022-də yeni sistemdən istifadə ediləcək

blank
Dünya futbolu2022-07-01 13:22

“Tottenhem” braziliyalı hücumçu ilə gücləndi

blank
Ölkə futbolu2022-07-01 13:00

“Regekampfla boşanma xəbərlərimizdən bezmişəm”

blank
Dünya futbolu2022-07-01 12:30

Zidanın oğlu klubsuz qaldı

blank
Ölkə futbolu2022-07-01 12:08

“İdman və Media”da gündəm müzakirəsi – VİDEO

blank
Müsahibə2022-07-01 12:07

Stankoviç azarkeşlərə nə dedi? – “Onlar haqqında məlumatım yoxdur”

blank
Digər idman növləri2022-07-01 12:00

Reytinq: Məmmədyarov irəlilədi, Rəcəbov gerilədi

blank
Dünya futbolu2022-07-01 11:41

PSJ-dən yeni transfer

blank
Digər idman növləri2022-07-01 11:22

Boks Federasiyasının Məşqçilər Komitəsinin sədri bəlli oldu

blank
Ölkə futbolu2022-07-01 11:00

ÇL: Azərbaycan çempionu əsas mərhələdən başlayacaq

blank
Ölkə futbolu2022-07-01 10:45

“Zirə” braziliyalı hücumçu ilə müqavilə bağladı

blank
Milli komanda2022-07-01 10:30

DÇ: Azərbaycan millisi 1-ci səbətdə!

blank
Ölkə futbolu2022-07-01 10:14

“Qarabağ” “Lex”lə oyunlar üçün iştirak ərizəsini açıqladı

blank
Ölkə futbolu2022-07-01 10:00

“Qarabağ”ın “Lex”lə oyununda anşlaq gözlənilir

blank
Dünya futbolu2022-07-01 09:32

Xorvatiyalı futbolçu “Atletiko”dan ayrıldı

blank
Dünya futbolu2022-07-01 09:00

Valeri Karpinlə 4 illik müqavilə

blank
Ölkə futbolu2022-07-01 01:29

“Neftçi”dən növbəti transfer

blank
Digər idman növləri2022-07-01 00:29

Teymur Rəcəbovdan Madriddə növbəti heç-heçə

blank
Ölkə futbolu2022-06-30 23:40

“Neftçi” Bezerra ilə yollarını ayırdı

blank
Digər idman növləri2022-06-30 23:30

Çimərlik güləşçilərimiz üçün Fransa sınağı

blank
Ölkə futbolu2022-06-30 22:42

“Neftçi”də iki yeni müqavilə

blank
Dünya futbolu2022-06-30 22:27

“Zirə”nin rəqibi “Seltik”dən futbolçu transfer etdi

blank
Digər idman növləri2022-06-30 22:01

Elnurə Məmmədova Avropa çempionu oldu

blank
Ölkə futbolu2022-06-30 21:42

“Kəpəz” yoxlama oyunları üçün rəqiblərini açıqladı

blank
Digər idman növləri2022-06-30 21:26

İsgəndər Əsgərov Avropa çempionatına təyinat aldı

blank
Digər idman növləri2022-06-30 21:00

Birgül Soltanova Avropa çempionatının finalında!

blank
Digər idman növləri2022-06-30 20:35

AÇ: Azərbaycan yığmasının növbəti rəqibi bəlli oldu