Ölkə futbolu
“Qarabağ” iştirak ərizəsini UEFA-ya göndərdi

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Belçika “Gent”i ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Zədəlilər – qapıçı Şahruddin Məhəmmədəliyev və müdafiəçi Abbas Hüseynov heyətdə yer almayıb. Yeni transferlərdən Redon Cica, Adama Diakabi, Yassin Benzia siyahıya salınıb. Qapıçı transferi reallaşmadığından bu mövqeyə “Qarabağ-2″nin qapıçısı Ayhan Arazlı da sifariş olunub.
Qapıçılar: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov; 94. Ayhan Arazlı
Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;
Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 87. Adama Diakabi;
Hücumçular: 9. Musa Qurbanlı, 77. Ramil Şeydayev, 99. Redon Cica.
Xatırladaq ki, “Qarabağ” Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

- Ölkə futbolu2023-03-30 19:53
“Transfer məsələləri ilə menecerim maraqlanır, yayda baxacağıq”
- Ölkə futbolu2023-03-31 11:34
Amin Ramazanov İkardi ilə nədən danışıb?
- Ölkə futbolu2023-03-31 10:45
Qurban Qurbanov Şahruddinlə bağlı risk etməyəcək
- Premyer-liqa2023-03-31 17:23
“Turan Tovuz” “Sumqayıt”a doğma meydanda uduzdu