Ölkə futbolu
“Qarabağ” məşhur futbolçunun qardaşına sabah imza atdırır
“Qarabağ” yeni transferinin adını rəsmən açıqlamağa hazırlaşır.
Futbolinfo.az xəbər verir ki, Uroş Matiç sabah Azərbaycana gələcək.
Ölkə çempionu serbiyalı yarımmüdafiəçinin bütün sənəld məsələlərini həll edib və indi səbirsizliklə yolunu gözləyir. Eyni zamanda, o da öz üzərinə düşən işi görüb.
Belə ki, 31 yaşlı legioner müqavilə ilə məxsus olduğu “Kopenhagen”lə danışıqları uğurla başa çatdırıb və transfer vərəqini alıb.
2017-ci ildə Danimarka klubu ilə 4 illik müqavilə bağlayan Matiç sabah Bakıda tibbi müayinədən keçəcək (sportinfo.az).
Səhhətində bir problem üzə çıxmasa, Ağdam təmsilçisi “Mançester Yunayted”in ulduzu Nemanya Matiçin kiçik qardaşıyla 2+1 illik kontrakt imzalayacaq.
- Müsahibə2024-02-21 12:22
Rahil dolu tribunalardan zövq alır: “Azərbaycandan gəldiyimi deyəndə qəribə baxırdılar”
- Ölkə futbolu2024-02-21 13:38
Qurban Qurbanov: “İlk oyunun hesabı bizi aldatmamalıdır”
- Ölkə futbolu2024-02-21 08:34
Zubir Şotlandiyaya qayıdır?
- Ölkə futbolu2024-02-22 09:40
“Yığmaya əcnəbi mütəxəssisin gətirilməsi pul itkisidir”