“Qarabağ” klubu futbolçusu Miçel Madeyra ilə yollarını ayırmağı qərara alıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə “Report”a Ağdam təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib.

Onun sözlərinə görə, 35 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə xitam veriləcək. İspaniyalı oyunçu ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.

Qeyd edək ki, Miçel Madeyra 2015-ci ildən “Qarabağ”da çıxış edirdi. Onun sözləşməsi 2021-ci ilin yayında başa çatmalı idi.

Shares: