Ölkə futbolu
“Qarabağ” – “Molde” oyununun biletləri satışa çıxarılacaq

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Molde” (Norveç) oyununun biletləri sabah saat 12:00-dan “İticket.az”da satışa çıxarılacaq.
Futbolinfo.az ölkə çempionunun sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.
Satış məntəqələri:
“İticket.az”ın satış məntəqələri (iticket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Sentyabrın 21-də oynanılacaq görüş saat 20:45-də başlayacaq.

- Dünya futbolu2023-12-02 23:00
Şahruddin 3 qola üzüldü, “Qalatasaray” inamlı qələbəyə sevindi
- Premyer-liqa2023-12-03 17:51
“Hakim səhv edir, məni cəzalandırırlar” – Murad Musayev
- Dünya futbolu2023-12-02 21:58
AÇ-2024-ün final mərhələsinin püşkü atıldı
- Müsahibə2023-12-02 08:00
Riçard Almeyda: “Adətən belə hadisələr futbolçu dünyasını dəyişəndə baş verir”