“Qarabağ”la “Qalatasaray” arasında keçirilən xeyriyyə matçından əldə olunan gəlirlə bağlı tezliklə rəsmi açıqlama veriləcək. İlkin məlumata görə, ümumi məbləğ 1 milyon manatdan çoxdur.

Satışa çıxarılan 62 min biletin demək olar, hamısının satılması görüşün keçirilmə məqsədinə görə özünü doğrultduğunu deməyə əsas verir. Əlavə olaraq, stadionda yerləşdirilən reklam lövhələrindən də xeyli qazanc əldə olunub.

Klublar məhz 1 milyon manatın toplanacağına ümid edirdilər, lakin reallıq gözləntiləri üstələdi ki, bu da yaxşı göstəricidir. Çünki əldə olunan bütün vəsait Türkiyədəki zəlzələdən əziyyət çəkənlərə bağışlanacaq. Yardım nə qədər çox olarsa, bir o qədər yaxşıdır.

Shares: