Digər idman növləri
Qarabağ qaziləri İsveçrə qran-prisində iştirak edəcəklər

Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə millisinin üzvləri, Qarabağ qaziləri Ömər Bozbaxov və Ramiz Sadıqlı İsveçrənin Notvil şəhərində keçiriləcək qran-pridə iştirak edəcəklər.
Futbolinfo.az xəbər verir ki, onlar nüvə itələmə növündə mübarizə aparacaqlar.
Hər iki atlet Beynəlxalq Paralimpiya Komitəsinin qaydalarına uyğun olaraq idmançılar üçün təşkil edilmiş tibbi təsnifatdan uğurla keçib.
Qran-pri cari ilin iyulunda Fransanın paytaxtı Parisdəki dünya çempionatına lisenziya qazandırır.
Qeyd edək ki, daha əvvəl yığmanın üzvü, Qarabağ qazisi Rasim Yaxin dünya çempionatında iştirakını təmin edib.

- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Ölkə futbolu2023-09-15 18:20
Şeydayevdən iki məhsuldar ötürmə
- Müsahibə2023-09-15 14:00
Nemanya Andelkoviç: “Zirə”nin potensialı var, amma zirvədə qərarlaşmaq hələ uğur deyil”