Ölkə futbolu
“Qarabağ” rəsmiləri Azərbaycan Mətbuat Şurasını ziyarət etdi

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl və baş menecer Asif Əsgərov Azərbaycan Mətbuat Şurasının qonağı olub.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisinin direktoru dəvətə görə Rəşad Məcidə təşəkkürünü bildirib:
“Dəvətə görə təşəkkür edirik. “Qarabağ” klubu mətbuata daim həssas yanaşıb. Media nümayəndələri ilə klubumuz arasında dostluq münasibətləri ilə olub və bundan sonra da davam edəcək. Mətbuat Şurasının rəhbərliyinə media ilə bağlı məsələlərdə göstərdiyi dəstəyə və həssas yanaşmaya görə də təşəkkür edirik”.
Mətbuat Şurasının sədri Rəşad Məcid klub rəsmilərinə minnətdarlıq edib və “Qarabağ”ın uğurlarına həmişə sevindiyini vurğulayıb.

- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Ölkə futbolu2023-09-15 18:20
Şeydayevdən iki məhsuldar ötürmə
- Müsahibə2023-09-15 14:00
Nemanya Andelkoviç: “Zirə”nin potensialı var, amma zirvədə qərarlaşmaq hələ uğur deyil”