Ölkə futbolu
“Qarabağ” Rahil Məmmədovu da itirdi
“Qarabağ” daha bir müdafiəçisinin xidmətindən məhrum olub. Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun futbolçusu Rahil Məmmədov İsraildə “Aşdod”a qarşı Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda sıradan çıxıb.
26 yaşlı müdafiəçi oyunu davam etdirə bilmədiyi üçün 23-cü dəqiqədə əvəzlənib. Onun yerinə meydana İsmayıl İbrahimli daxil olub.
Qeyd edək ki, “Aşdod”la ilk oyunda da “Qarabağ”ın digər mərkəz müdafiəçisi Maksim Medvedev sıradan çıxmışdı. Ağdamlıların digər müdafiəçilərindən Bədavi Hüseynov da uzun müddətdir zədə səbəbindən komandaya kömək edə bilmir.
“Qarabağ” “Aşdod”la cavab qarşılaşmasında hazırda 1:0 hesabıyla öndədir. Bu komandalar arasında Bakıda baş tutan ilk görüşdə hesab açılmamışdı.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir