Ölkə futbolu
“Qarabağ” – “Səbail” matçının biletləri satışa çıxarılır

Futbol üzrə Azərbaycan Premyer Liqasının 1-ci turunda keçiriləcək “Qarabağ” – “Səbail” qarşılaşmasının biletləri sabah – avqustun 6-da satışa çıxarılacaq.
Futbolinfo.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Bilet satışı saat 11:00-dan oyun başlayanadək davam edəcək.
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.
Biletləri Iticket.az-dan və “Azersun Arena”nın kassalarından ala bilərsiniz.
Qapıların azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacağı diqqətə çatdırılıb.
