Ölkə futbolu
“Qarabağ”: son 12 mövsümün ən uğursuz startı

“Qarabağ” son 12 mövsümdə özünün ən uğursuz startına imza atıb. Ağdam klubu 5 turdan sonra yaranan fasiləyə 7 xalla yollanıb.
Qurban Qurbanovun yetirmələri V turda “Səbail”ə 1:2 hesabı ilə uduzublar. Ağdam klubu arxada qalan oyunlarda 2 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətlə yadda qalıb.
“Qarabağ” sonuncu dəfə 2011/12 mövsümündə ilk 5 oyunda bu qədər az xal toplayıb. Həmin vaxt da ağdamlılar 7 xal yığıb. Sonrakı illərdə bu rəqəm daha yüksək olub.
“Atlılar”ın daha zəif startı isə sonuncu dəfə 2007/08 mövsümünə təsadüf edib. 16 il öncə komanda 5 turda cəmi 3 xal toplayıb.

- Premyer-liqa2023-12-03 17:51
“Hakim səhv edir, məni cəzalandırırlar” – Murad Musayev
- Dünya futbolu2023-12-04 14:31
Şahruddin Məhəmmədəliyev baş məşqçisiz qaldı
- Ölkə futbolu2023-12-04 08:00
“Zirə” dayandı, izləyicilərinin sayı artdı
- Ölkə futbolu2023-12-04 11:51
“Neftçi” azarkeşləri qəzəbləndi, şəhidlər unuduldu