Ölkə futbolu
“Qarabağ” üçün avrokuboklarda iki yubiley
Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində baş tutan Yunanıstan “Olimpiakos”u ilə səfər oyunu Azərbaycan çempionu “Qarabağ” üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, rəqib qapısından 3 cavabsız top keçirən Ağdam təmsilçisi bu oyunda avrokuboklardakı yubiley qələbəsinə imza atıb.
Belə ki, “Olimpiakos” üzərindəki 3:0 hesablı qələbə Ağdam klubunun avrokuboklarda 25-ci səfər zəfəridir. Qitəmiqyaslı turnirlərdə 1996-cı ildən çıxış edən “Qarabağ” 26 ildə 76 səfər oyunu keçirib. 25 qələbə və 17 heç-heçəsi olan Ağdam təmsilçisi 34 dəfə məğlub olub.
Rəqib qapılarından 76 top keçirən “Qarabağ” 111 qol buraxıb. Yunanıstanda təmsilçimizin ikinci qolunu vuran Marko Veşoviç təmsilçimizin 75-ci səfər qolunun müəllifi olaraq klubun tarixinə düşüb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…