Bizi izləyin

Dünya futbolu

“Qarabağ” üçün “çex avtobusu”

blank
blank

Çempionlar Liqasında Polşa, İsveçrə və Macarıstan çempionlarını mübarizədən kənarlaşdıran “Qarabağ”ı indi Çexiya çempionu “Viktoriya” ilə çətin sınaq gözləyir. Ağdam təmsilçisi hər nə qədər Budapeştdə “Ferentsvaroş” üzərində möhtəşəm qələbə qazanıb bizi ümidləndirsə də, eyforiyaya qapılmamalıyıq. Hər halda, 2016-cı ilin 2 avqustunu unuda bilmərik.

Həmin vaxt Çempionlar Liqasının III təsnifat mərhələsində Plzendə qolsuz heç-heçə etdikdən sonra Bakıda qələbə ovcumuzun içində olduğu halda, son saniyələrdə qapımızda gördüyümüz qolla mübarizəni dayandırdıq. O vaxt səfər qolu çexlərin işinə yaramışdı, amma indi nə səfər qolu var, nə “Qarabağ” həmin komandadır.

“Viktoriya” keçiləsi rəqibdirmi? Bu suala “Qarabağ” cavab tapacaq. Biz sadəcə, cavabdan əvvəl ipucuları axtarmağa çalışacağıq.

3 dəfə ÇL-in qrupunda oynayan və heç vaxt sonuncu olmayan komanda

1911-ci ildə Plzendən olan çexiyalı dəmiryolçu Yaroslav Ausobskinin “SK Viktoriya” adı ilə yaratdığı klub 1929-cu ilədək həvəskar statusu daşıyıb (yeri gəlmişkən, “Qarabağ”ın ilk mərhələdə rəqibi olan “Lex” də dəmiryolçuların komandasıdır). Komanda 1930-cu ildə Çexoslavakiyanın I Divizionunda 2-ci yeri tutaraq tarixində ilk dəfə elitaya vəsiqə əldə edib. 1935-də isə “SK Viktoriya” güclülər dəstəsində 4-cü yeri tutaraq tarixində ilk dəfə Mitropa Kubokunda oynamaq imkanı qazanıb və “Yuventus”la üz-üzə gəlib (3:3, 1:5).

1938-ci ildə yenidən I diviziona yuvarlanan klub bir də 1972-ci ildə yüksək liqaya qayıdıb. Komanda ilk uğurunu isə 1971-ci ildə ölkə kubokunun qalibi olmaqla qazanıb. Kuboklar Kubokunda “Bavariya” ilə qarşılaşan plzenlilər ilk mərhələdəcə mübarizəni dayandırıb – 0:1, 1:6.

1980-ci ildən sonra yenidən eniş dövrü yaşayan “göy-qırmızılar” 1992-dən yenidən elitaya qayıdıb. Bu dəfə plzenlilər müstəqil Çexiya çempionatında öz yerini möhkəmlədib. Məhz 1992-ci ildən klub tarixi adı olan “Viktoriya”nı geri qaytarıb. Komanda sosialist ölkəsi olan Çexoslavakiya dövlətində “Sokol”, “Spartak” və “Şkoda” adları ilə mübarizə aparıb. Uzun illər “Sparta” və “Slaviya”nın kölgəsi altında qalan bu komanda 2005-ci ildə Çexiyanın nüfuzlu avtomobil şirkəti “Şkoda”nın sponsorluğu sayəsində “gün işığına çıxmağı” bacarıb.

2011-də “Viktoriya” tarixində ilk dəfə Çexiya çempionluğunu bayram edib. Maraqlıdır ki, “Viktoriya” Çempionlar Liqasında debüt etidiyi ilk mövsümdəcə qrup mərhələsinə vəsiqə qazanıb. Burada plzenliləri “Qarabağ”la birləşdirən bir oxşar cəhəti xüsusi qabarda bilərik: “Viktoriya” da ÇL-də debüt etdiyi ilk mövsümün pley-offunda “Kopenhagen”i mübarizədən kənarlaşdırıb.

ÇL-in qrup mərhələsində “göy-qırmızılar” “Milan”, “Barselona” və BATE ilə qarşılaşıb. “Milan”dan 1, BATE-dən isə 4 xal qoparan komanda 3-cü yeri tutaraq Avroliqada 1/16 finala vəsiqə qazanıb. Orada isə çexiyalıların qarşısını “Şalke” kəsib.

2012/13 mövsümündə isə “Viktoriya” Avropa Liqasında 1/8 finala qədər yüksəlib, burada çexlərin qarşısını “Fənərbaxça” kəsib. 2013/14 mövsümündə yenidən ÇL-in qrupuna düşən, burada “Mançester Siti”, “Bavariya” və ÇSKA ilə qarşılaşan plzenlilər yenə də 3-cü yeri tutaraq Avroliqaya vəsiqə qazanıb. Orada “Viktoriya” “Şaxtyor”u keçib, 1/8 finalda Lion “Olimpik”inə məğlub olub.

“Viktoriya” sonuncu dəfə ÇL-in qrup mərhələsində 2018/19 mövsümündə oynayıb. “Real”, “Roma” və ÇSKA ilə eyni qrupa düşən “göy-qırmızılar” yenə də 3-cü yerlə Avropa Liqasına düşüb.  Bu komandanın qrupda ÇSKA-dan 4, “Roma”dan 3 xal götürməsi xüsusi diqqət çəkir. Turnirdən kənarlaşdıqdan sonra Avroliqanın 1/16 final mərhələsinə vəsiqə qazanan “Viktoriya” elə oradaca Zaqreb “Dinamo”suna boyun əyərək mübarizəni dayandırıb.

Məhz həmin tarixdən sonra “Viktoriya” avrokuboklarda qrup mərhələlərinin üzünə həsrət qalıb. Ötən mövsüm bu komanda hətta Konfrans Liqasının qrup mərhələsinə belə vəsiqə qazana bilməyib. Plzenlilər Sofiya ÇSKA-sını evdə 2:0 hesabı ilə məğlub etsə də, səfərdə 0:3 hesablı məğlubiyyətə görə mübarizəni dayandırıb.

Bilek haqda bunları bilək

Tarixi boyu 6 dəfə Çexiya çempionu olan, 2 dəfə ölkə kuboku və 2 dəfə də superkuboku qazanan, akademiyasından Pavel Nedved və Peter Çex kimi əfsanələri çıxaran “Viktoriya”nın keçmişini vərəqlədik, indi isə bugününə keçək. Amma əsas mətləbə keçməzdən əvvəl komandanın baş məşqçisi Mixal Bilekin həyat tarixçəsinə qısa nəzər salaq.

“Ferentsvaroş”da Çerçesovun keçmişini “qurdalamışdıqsa”, Mixal heç də Stanislavdan əskik deyil. Hətta deyərdik ki, artıqdır. 32 dəfə Çexoslovakiya millisinin heyətində çıxış edərək 11 qol vuran (3 dəfə də Çexiya yığmasının heyətində top qovub) Bilek, klub karyerasında “Sparta” əfsanəsi olub. O, 1992/93 mövsümündə İspaniyada “Betis”in şərəfini qoruyub. Amma kim nə deyir desin, Bilek deyəndə yada DÇ-1990-da Çexoslavakiya millisinin ABŞ yığması ilə oyunda penaltidən “Panenka zərbəsini” korlamağı düşür. Amma həmin epizoddan qabaq Bilek bir dəfə penaltidən yararlanmışdı.

Mixalın məşqçilik karyerasına gəlincə, klublardan “Sparta”, Tiflis “Dinamo”su və “Astana”nı çalışdırdığını görərik. Hətta onun “Viktoriya”ya qədər son iş yeri məhz “Astana” olub (2020-ci il). O, yığmalardan 2009-13-cü illərdə Çexiyanı, 2019-20-ci illərdə isə Qazaxıstanın “sükanı arxasında” olub.

Konkret uğurlarına gəlincə, onun başçılığı altında 2006/07 mövsümündə “Sparta”, ötən mövsüm isə “Viktoriya” Çexiya çempionu olub. 2006/07 mövsümündə Bilek “Sparta”ya Çexiya Kubokunu da qazandırıb. 2020-ci ildə isə “Astana” onunla Qazaxıstan Superkubokuna sahib çıxıb. Bilekin çalışdırdığı Çexiya millisi AÇ-2012-də 1/4 finala qədər yüksəlib.

Əsas “sərnişinlər”i yerli oyunçular olan “çex avtobusu”

Sonuncu dəfə 2018-ci ildə Çexiya çempionu olan “Viktoriya” ardıcıl 3 il “Slaviya”nın hegemonluğuna şahidlik etdikdən sonra ötən mövsüm Bileklə onları taxtdan saldı. Daha doğrusu, Mixal komandanı ilk mövsümündəcə çempion etməyi bacardı. Özü də necə çempion etdi… Komanda çempionatda keçirdiyi 35 oyuna 26 qələbə, 7 heç-heçə və 2 dəfə məğlub olmaqla 85 xalla “finiş xəttini birinci keçdi”. Bu, Plzen klubunun tarixi ərzində ən yüksək göstərici oldu. Özü də “Viktoriya” Çexiya futbolunun artıq “lokomotiv”inə çevrilən “Slaviya”nı 7 xal fərqlə qabaqladı.

Komandanın uğurlarının əsas özəlliyi isə sırf müdafiə futboludu. Məhsuldarlıq planında “göy-qırmızılar” “Slaviya” və “Sparta”dan çox geridə qalsa da, müdafiə əsl beton təsiri bağışladı. Komanda mövsüm boyunca qapısında cəmi 21 top gördü. Elə bu mövsüm Çempionlar Liqasının 2 təsnifat mərhələsində (Bilekin yetirmələri mübarizəyə ikinci mərhələdən qoşulub) rəqiblərini məhz bu özəllik sayəsində keçib.  Bu komandanın HİK və “Şerif”lə oyunlarını baxdıqda bunu anlamaq olur. Bu 4 oyunun hamısında çexlər topu rəqibə verərək əks-hücumlar haqqında fikirləşib.

Təsəvvür edin ki, bu komanda evdə HİK-i 5:0 hesabıyla darmadağın etidiyi oyunda finıər 52 faiz topa yiyələnməklə oynamışdı. “Şerif”lə hər iki oyundan isə danışmağa dəyməz. Təbii ki, ötən mövsüm ÇL-də möcüzəvi oyunları ilə diqqət çəkən Yuri Vernidubun komandası olsaydı, plzenlilərin onları nəinki hər iki oyunda udması, heç keçəcəyi inandırıcı görünməzdi.  Məşqşisi gedən və heyəti dağılan tiraspolluları hər iki oyunda 2:1 hesabı ilə üstələyən “Viktoriya” demək olar ki, əziyyət çəkmədi.

Komanda qapısında gördüyü 3 topun 2-i penaltidən buraxmasıdır. Görünən odur ki, çexlər oyun epizodunda qapısı qarşısında nəinki top, heç “milçək uçurmur”. Bu mənada “Qarabağ”ın işi çətin olacaq. Onların təhlükəli əks-hücumlarını zərəsizləşdirsək, biz də qapımız qarşısında çox təhlükə yaşamayacağıq. Yəni, “Ferentsvaroş” və “Sürix” qapımız qarşısında daha çox qol vəziyyyəti yaradıbsa, plzenlillərdən bunu görməyəcəyik. Amma onların müdafiə xəttini yarmaq üçün “Qarabağ” çox çətinlik çəkəcək. Bununla belə, istənilən “beton müdafiə”ni dağıtmaq və “avtobus”u zərərsizləşdimək olar. Bu komandanın da resepti var. Ən əsası top itkisinə yol verməmək lazımdı.

Hücumun sivri uclarında oynayan Yan Klementlə Tomas Xoriyə cinahlardan gələn topları bağlaya bilsək, bizə ölüm yoxdur. Çünki Yan Kopiçlə Jon Moskeranın cinah reydləri çox təhlükəlidir. Heyətində cəmi 7 legioneri olan, əsasən çexiyalı oyunçulardan qurulan komandanın arxa xətti ancaq yerlilərdən ibarətdir. Arxa nədir, əsas heyətdən yalnız sol cinah yarımmüdafiəçisi funksiyasını daşıyan Jon Moskera kolumbiyalıdır. Maraqlıdır ki, 32 yaşlı həmin futbolçu indiyə qədər Kolumbiya millisində meydana çıxmayıb.

“Viktoriya”nın 2 mərkəz müdafiəçisi Ludek Pernitsa ilə Lukaş Heydanın 32 yaşı var. Komandanın onurğa sütunun məhz bu iki oyunçu olduğunu vurğulamalıyam. Yəni onları hava toplarında üstələməyə ümid etməyə dəyməz. Bizdə əsas güc Kadiylə Zubirə düşəcək. Hər iki futbolçu topu “ayağına bağlamaqla” onların cinah oyunçuları və yarımmüdafiəçilərini özü ilə daşıyacaq. Belədə Kadinin yenə də ortaya çəkilməsi daha məqsədəuyğundur. Şeydayev cinahda reydləri ilə nəsə etsə, Borges boşluq əldə edəcək. Belədə Pernitsa ilə Heyda tək qalacaq ki, burada da qapıçı Ştaneki mat vəziyyətinə salmaq olar.

Bir sözlə, hər iki oyunda tam fərqli üsluba üstünlük verən rəqibi çətin vəziyyətə salmaq üçün mütləq erkən qol vurmalıyıq. Belədə “Viktoriya” B planına keçəcək ki, bu da onlarda uğurlu alınmır.

ABBAS

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-22 01:53

PSJ və “Monako”dan növbəti qələbə

blank
Dünya futbolu2024-04-22 01:35

“Real”dan “Barselona” üzərində əzmkar qələbə

blank
Dünya futbolu2024-04-22 01:21

“Fiorentina” və “Atalanta” səfər qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 00:08

“Bayer” “Borussiya”ya da uduzmadı

blank
Dünya futbolu2024-04-21 23:53

“Liverpul”dan səfərdə inamlı qələbə

blank
Dünya futbolu2024-04-21 23:37

Finalda Mançester derbisi olacaq

blank
Dünya futbolu2024-04-21 23:24

Rahil Məmmədovun komandası “Lex”ə uduzdu

blank
Dünya futbolu2024-04-21 23:16

Renatlı “Hatayspor” uduzdu, “Qalatasaray” qalib gəldi

blank
Premyer-liqa2024-04-21 22:41

“Oyun planında komandaya etirazım yoxdur” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-04-21 22:24

“Oyunçular tapşırıqları maksimum yerinə yetirdilər” – Şahin Diniyev

blank
Premyer-liqa2024-04-21 21:59

“Araz-Naxçıvan” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Əvəzedicilər2024-04-21 21:25

“Qarabağ-2” məğlubiyyətə üzüldü

blank
Premyer-liqa2024-04-21 20:55

“Səbail” “Araz-Naxçıvan”a qalib gəldi

blank
Premyer-liqa2024-04-21 20:21

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2024-04-21 20:00

Büdrəyən olmadı, bir oyun baş tutmadı

blank
Premyer-liqa2024-04-21 19:38

“İkinci hissədən məmnun deyiləm” – Renduliç

blank
Premyer-liqa2024-04-21 19:19

“Gələn oyunlara köklənməliyik” – Adil Şükürov

blank
Digər idman növləri2024-04-21 18:58

Azərbaycanın gimnastika millisi Praqada gümüş medal qazandı

blank
Premyer-liqa2024-04-21 18:26

“Kəpəz” “Sabah”a məğlub oldu

blank
Digər idman növləri2024-04-21 17:54

Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

blank
Digər idman növləri2024-04-21 17:10

Azərbaycan yığması Bakıdakı Dünya Kubokunda bürünc medal qazandı

blank
Digər idman növləri2024-04-21 16:52

Ferstappenin mövsümdə 4-cü qələbəsi

blank
Digər idman növləri2024-04-21 16:35

Azərbaycan gimnastları finala vəsiqə qazandılar

blank
Digər idman növləri2024-04-21 16:13

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-21 15:52

İsgəndərli Türkiyədə növbəti matçına çıxdı

blank
Premyer-liqa2024-04-21 15:21

“Kəpəz”də üç itki

blank
Dünya futbolu2024-04-21 14:53

Krivotsyukun komandasından səfər heç-heçəsi

blank
Dünya futbolu2024-04-21 14:25

Həsənalızadənin komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-21 13:54

Ozan fərqləndi, komandası səfərdən 1 xalla döndü

blank
Digər idman növləri2024-04-21 13:17

Abasov İddiaçılar Turnirində növbəti sınağına çıxacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm