I Liqa
“Qarabağ” uduzdu, “Neftçi” qalib gəldi

Futbol üzrə Azərbaycan I Divizionunda 5-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.
“Qaradağ Lökbatan” “İmişli” ilə ev oyununda darmadağına sevinib. “Zaqatala” isə “Neftçi”nin əvəzedicilərinə 2 cavabsız qolla uduzub. “Səbail” və “Qarabağ”ın əvəzedici komandaları arasındakı oyunda da meydan sahibləri qalib gəliblər.
I Divizion
5-ci tur
29 sentyabr
Qaradağ Lökbatan – İmişli 4:0
Qol: Elnur Cəfərov, 16-pen; 50; 75. Rəvan Abasov, 87.
Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Şirmamed Mamedov, Fəridə Lütfəliyeva.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:30.
Səbail-2 – Qarabağ-2 2:1
Qol: İbrahim Hüseynov, 27. Kizito Luvaqa, 56 – David Sayenko, 35.
Hakimlər: Vüqar Həsənli, Asif Abdullayev, Rasim Axundov, Kamranbəy Rəhimov.
“ASCO Arena”, 16:00.
Neftçi-2 – Zaqatala 2:0
Qol: Elşad Tağıyev, 60. Elcan Əbilov, 90+5.
Hakimlər: Kamran Əliyev, Elmin Süleymanov, Anar Bədəlov, Elvin Bayramov.
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 16:00.
İlk oyun günündə qeydə alınan nəticələr:
Qəbələ-2 – Zirə-2 0:1
Araz Naxçıvan – Sumqayıt-2 4:0
MOİK – Kəpəz-2 2:1
Mingəçevir – Şamaxı-2 2:4

- Ölkə futbolu2023-12-06 10:19
“Araz-Naxçıvan” iki futbolçunu qovacaq
- Müsahibə2023-12-06 08:00
Romao əvəzolunmaz futbolçu tanımır: “Sonda vurduğumuz qol bizə “can verdi”
- Ölkə futbolu2023-12-06 20:00
Fatma Elxan Məmmədov üçün minnətə gəlir – çempionat oyununu da izləyəcək
- Ölkə futbolu2023-12-07 08:55
“Qarabağ” son 5 mövsümdə Avropanın ən yaxşı “3-lüy”ündə