Bizi izləyin

Ölkə futbolu

“Qarabağ” xalsız favoritə qarşı

blank
blank

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində 3-cü oyununu “Olimpiakos”a qarşı keçirəcək. Nə qədər qəribə səslənsə də, hazırda qrupun autsayderi olan bu komandanın adı püşkatmadan 1-ci səbətdən çıxıb. Özü də “Olimpiakos” “Qarabağ”ı bir kənara qoyaq, təcrübəsinə və heyətinə görə “Frayburq”la “Nant”dan da üstün vəziyyətdədir.

Ağdam klubu hər mövsüm Avropa Liqasında qrupda qaldığı vaxtlarda “Olimpiakos” Çempionlar Liqasında qrup mərhələsini adlamaq haqda fikirləşirdi. Etiraf edək ki, pireylilər bəzən istəklərinə nail olurdu. “Frayburq”la “Nant”dan danışmağa dəyməz. Bundesliqa təmsilçisinin demək olar ki, böyük avrokubok təcrübəsi yoxdur, “Nant” isə 10-15 ildən bir “dirilərək” ortaya çıxır 2-3 il avrokuboklarda oynayıb qeybə çəkilirdi.

Sözümüzün canı ondadır ki, 1-ci səbətdən çıxan Yunanıstan klubunun qrupun aşkar favoriti olmağa haqqı çatırdı. Amma “evdəki hesab bazarla düz gəlmir”. Yəni, hər nə qədər rəqib təcrübəsinə və heyətinə görə aşkar favorit olsa da, bu günün reallığı var: “Olimpiakos” hazırda Avropa Liqasında çıxış edən klublar arasında ən pis formada olan komandadır.

Hazırda Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında ümumilikdə 96 komanda yarışır. Bu komandalar arasında hansı klub yeni mövsümdə artıq 2 məşqçini istefaya göndərib? Bunu yalnız bir klub “bacarıb”! Daha artıq sözə ehtiyac yoxdur! Yəni, rəqibin düşdüyü vəziyyət göz önündədir.

Əslində, istənilən klub mövsümə bərbad başlaya bilər, heç kim bundan sığortalanmayıb. “Olimpiakos” da belə bir bəlaya düçar olub və işlər qaydasında getmirsə, klubun sahibinin iki baş məşqçini istefaya göndərməsi normal haldır. Amma bu mövsüm kluba transfer olunan 12 futbolçunun adının UEFA-nın iştirak ərizəsinə salınmaması məsələsi tamamilə qeyri-peşəkarlıqdır. Yəni, belə biabırçıllığa görə rəhbərlik məsuliyyət daşıyır. Rəhbərlik deyəndə ki, klubun sahibi Yevangelos Mariankisin nə dərəcədə peşəkar olduğunu bilmək üçün “Nottingem Forest”ə diqqət yetirmək kifayətdir. Məsələ ondadır ki, Marinakisin paralel sahibi olduğu bu klub Premyer Liqaya vəsiqə qazandıqdan sonra heyətə 20-dən artıq yeni oyunçu cəlb edib. 0-dan qurulan komanda elitadakı ilk mövsümündə necə təsir bağışlaya bilər? Təbii ki, bərbad. Bəli, bu komanda hazırda sonuncu pillədə qərarlaşıb. İngiltərədə səhvə yol verən biznesmen Yunanıstanda da eyni xətaları sıralayır.

“Olimpiakos”un buna qədər necə çıxış etməsinə diqqət ayırmadan, bu rəqibə qarşı necə oynamağın yolu haqda baş sındıraq. Mövsümün əvvəlini çox da qurdalamağa ehtiyac yoxdur. Çünki iki ayrı məşqçinin komandaya bugünə qədər aşıladığı oyunu təhlil etməyin mənası qalmayıb. Bizə Miçelin “Olimpiakos”u lazımdır – onlar “Qarabağ”a qarşı necə oynaya bilər?

Artıq komandanı bir oyuna çıxaran mütəxəssisin “Qarabağ”ı necə təəccübləndirəcəyini bilmək olmur. İspaniyalı mütəxəssis özü də yaxşı anlayır ki, “Atromitos”la oyunda 2:0 hesabı ilə qələbə qazanmaqları arxayınlaşmağa əsas verə bilməz. “Qarabağ”la oyun onlar üçün əsl sınaq olacaq. Pirey klubu bizim üçün “sirli qutu” təsiri bağışlayır.

“Olimpiakos”un “Sevilya”dan gətirdiyi əsas qapıçısı Tomaş Vatslik zədəli olduğuna görə “çərçivə”ni PAOK-un sabiq qolkiperi Aleksandros Pasxalakis qoruyacaq. Müdafiə xəttinə gəlincə, Miçelə qədər pireylilər oyuna 3 arxa xətt oyunçusu ilə çıxırdısa, “Atromitos”la görüşdə 4 müdafiəçi qazona qədəm basdı. Miçel 2 sxem arasında baş sındırır: 4-2-3-1 və ya 4-4-2. Amma ikinci varianta üstünlük vermək üçün ispaniyalı mütəxəssisin əlinin altında hücumçusu yoxdur.

Komandanın əsas mərkəz müdafiəçisi Usseynu Ba zədəli olduğuna görə, Miçel Sokratis Papastatopulosa şans verəcək. Ona Papa Abu Sisse kömək edəcək. Cinahlarda isə Şimo Vrsalko ilə Oleq Ryabçuk qərarlaşıb. Vrsalkonu Xorvatiya millisindən yaxşı tanıyırıq, Ryabçuk isə Moldova millisinin üzvüdür. Adlarını cəkdiyimiz hər iki cinah müdafiəçisi hücumameylliliyi ilə diqqət çəkir. Vrsalko “Atletiko”da, Ryabçuk isə Portuqaliyanın “Pakuş de Ferreyra” klubunda öz adından söz etdirib. Amma Kostas Manolasın Birləşmiş Ərəb Əmirliklərinin “Əl Şarja” klubuna üz tutduğunu nəzərə alsaq, “Olimpiakos” arxa xəttdə dayağını itirib.

Ümumiyyətlə, “Olimpiakos”un mərkəz müdafiəçiləri çox ləng və ağırdır. By sözü həm Papapstatopulosa, həm də Sisseyə aid etmək olar. Doğrudur, “Milan”, “Verder”, Dortmund “Borussiya”sı və “Arsenal”da oynayan müdafiəçiyə “ağır” demək özü bir qədər ağır səslənir. Amma adamın 34 yaşının olmasını və hazırda heç bir Avropa nəhənginə lazım olmadığını nəzərə alsaq, ondan qorxmağa dəyməz. Bu mənada Kadi Borges, Abdullah Zubir və Ovusu Kvabenanın qarşısına heç də “dəmir sədd” çəkilməyəcək. “Nant”a qarşı oynadığımız oyunu təkrarlasaq, yəni hücuma eyni minvalla çıxsaq, rəqibin oyunçularının adları qorxu mənbəyinə çevrilə bilməz. Marseloya gəlincə, onun zədə səbəbindən meydana çıxmayacağı gözlənilir.

“Olimpiakos”un ən təhlükəli zonası yarımmüdafiə xəttidir. Son turda yarımmüdafiə xəttinin dirəkləri olan kamerunlu Pyer Kunde ilə kapitan Andreas Buxalakis oynamayıbsa, deməli, Miçel onları “Qarabağ”la oyuna saxlayır. “Atromitos”a qarşı oyunda dayaq yarımmüdafiəçisi kimi Yann Mvila ilə İn Bom Hvanq meydana çıxıb. Amma Miçel son turda güvəndiklərinə “Qarabağ”la oyunda da şans versə, heç nə itirməyəcək.  Məsələn, Mvila 2013-18-ci illərdə “Rubin”də oynayarkən Rusiya çempionatının say-seçmə yarımmüdafiəçilərindən biri idi. Məcazi mənasında başı, həqiqi mənada isə ayağı həmişə işləyirdi. Eyni sözləri koreyalı haqqında da işlətmək olar. O da “Rubin”də oynayarkən diqqət mərkəzində idi. Bu oyunçular “Qarabağ”ın mərkəz xəttində qərarlaşan futbolçuların başağrısına çevrilə bilər. Buxalakisə gəlincə, bu oyunçunun uzaqdan dəqiq zərbələri xüsusi diqqət çəkir. Bu mənada Şahrudin Məhəmmədəliyev ehtiyatlı olmalıdır. Onu zərbə mövqeyinə də çıxartmaq olmaz.

Haqqında danışdığımız oyunçular müdafiəmeyilliyi ilə öyünür. Hücum potensiallı yarımmüdafiəçilərə gəlincə, Matyö Valbuena, Qari Rodriges və Georgios Masuras böyük ehtiyamlla “Qarabağ”a qarşı meydana çıxacaq. Valbuenanı təqdim etməyə ehtiyac yoxdur. “Marsel”, Moskva “Dinamo”su və “Lion”la yanaşı “Fənərbaxça”da oynayan Fransa millisinin sabiq üzvünün topla estetik rəftarı göz oxşayır. “Qalatasaray” və “Fənərbağça”da oynayan Qari Rodriges də “Olimpiakos”un hücum potensialını artıran futbolçudur. Masuras isə son 4 mövsümdə “ağ-qırmızılar”ın vazkeçilməz futbolçularından biridir. “Qarabağın yarımmüdafiəçi və müdafiəçiləri onları “tərksilah” edə bilsə, istədiyimiz nəticəyə ümid etmək olar. Həmçinin 24 yaşlı Marius Vrsainin meydana çıxması istisna deyil.

Komandanın hücum xəttində isə “saxta hücumçu” mövqeyində ispaniyalı Pep Biel oynaya bilər. Hər halda, Yunanıstan mətbuatı belə yazır. Miçel buna getməyə məcburdur. Çünki sırf hücumçu kimi Abubakar Kamaranın oynaması mümkündü, lakin ispaniyalı mütəxəssis onu bəyənmir.  Hər halda, Sedrik Bakambunu iştirak ərizəsinə salmaq mümkün olmayıbsa, Yussuf Əl-Ərəbi zədələnibsə, deməli, əlin altında başqa variant qalmır.

Yunanıstanda istədiyimiz nəticəni əldə etmək üçün “Olimpiakos”un yüksək səviyyəli yarımmüdafiəçiləri ilə “güləşmək” lazımdır. Onlar da bunu yaxşı anlayır. Ağdam klubunun orta xətti işinin öhdəsindən gələ bilməsə, “Neftçi” ilə oyunun ilk hissəsində olduğu kimi problem yaşayacaq. Çünki “ağ-qaralar” bunu yaxşı bacardı.

“Neftçi”dən söz düşmüşkən, keçən il Samir Abasovun komandası “Georgios Karaiskakis” stadionunda “Olimpiakos”a qarşı çox yaxşı mübarizə apardı. Bunu “Qarabağ” hələ də bu mövsüm avrokuboklarda evdə qələbəsi olmayan komandaya qarşı artıqlaması ilə edə bilər.

“Olimpiakos”un mümkün taktiki hiylələrindən çox danışmaq olar. Amma Miçel təzə olduğundan nə fikirləşəsəciyinə bilə bilmərik. Uğurlar, “Qarabağ”!

FƏRİD

Reklam

Reklam


blank
Digər2022-12-01 20:37

Gələn il Azərbaycanda 57 turnir keçiriləcək

blank
Ölkə futbolu2022-12-01 20:15

DÇ-2022: Xorvatiya Belçikaya, Kanada Mərakeşə qarşı – YENİLƏNİR

blank
Ölkə futbolu2022-12-01 20:05

Lider xal itirdi, bir oyun yarıda qaldı

blank
Digər idman növləri2022-12-01 19:43

Azərbaycan kubokuna start verildi

blank
Ölkə futbolu2022-12-01 19:19

“Qəbələ” zədəlilərin durumunu açıqladı

blank
Digər idman növləri2022-12-01 18:44

Şəhriyar Məmmədyarov rapid turnirində 6-cı oldu

blank
Dünya futbolu2022-12-01 18:33

Mbappeyə meydan oxudu: “Onu tək dayandıracağam”

blank
Ölkə futbolu2022-12-01 18:19

“Neftçi” Ayaz üçün 300 min avro təklif etdi – millimizdə çıxış edəcək

blank
Ölkə futbolu2022-12-01 17:51

Meza Kolli “Neftçi”yə qayıdır

blank
Ölkə futbolu2022-12-01 17:35

“Qəbələ”nin legioneri “50”yə çatdı

blank
I Divizion2022-12-01 17:11

Liderdən doğma meydanda inamlı qələbə

blank
Dünya futbolu2022-12-01 16:50

Xavyer Tebas: “Barselona”ya fərq qoya bilmərik”

blank
Əvəzedicilər2022-12-01 16:33

Rauf Əliyev Gəncədəki durumundan məmnundur: “Başqa təklif yoxdur”

blank
Dünya futbolu2022-12-01 16:27

“Kessye heç vaxt indi olduğu qədər xoşbəxt olmaylıb”

blank
Ölkə futbolu2022-12-01 16:15

“Şamaxı”da yeni hücumçu

blank
I Divizion2022-12-01 15:53

I Divizionda XIII turun oyun cədvəli

blank
Ölkə futbolu2022-12-01 15:36

AFFA-dan “Qarabağ” üçün seminar

blank
Premyer-liqa2022-12-01 15:13

“Sabah”da yeni rekordçu

blank
Dünya futbolu2022-12-01 14:56

2022-ci ilin ən çox qol vuran futbolçuları

blank
Ölkə futbolu2022-12-01 14:29

Kerjakov “Səbail”in baş məşqçisi olacaq? – Açıqlama

blank
Ölkə futbolu2022-12-01 14:08

“Şamaxı”nın qış hazırlıq proqramı açıqlandı

blank
Ölkə futbolu2022-12-01 13:35

“Araz Naxçıvan”da danışılmış oyunlarla bağlı seminar

blank
Digər idman növləri2022-12-01 13:11

FİDE reytinqi: Şəhriyarla Teymur ilk “10-luq”dan kənarda

blank
Dünya futbolu2022-12-01 12:46

Messini təhdid edən meksikalı boksçu üzr istədi

blank
Ölkə futbolu2022-12-01 12:10

“Neftçi”dən baş məşqçi ilə problem yaşadığım üçün ayrıldım”

blank
Dünya futbolu2022-12-01 11:58

DÇ-2022: Tarixi rekordu təkrarladı

blank
Dünya futbolu2022-12-01 11:34

Son 52 ilin rekordu

blank
Digər idman növləri2022-12-01 11:03

“Tata Steel İndia”: Şəhriyar sonuncu görüşlərinə çıxır

blank
Ölkə futbolu2022-12-01 10:44

UEFA-dan “Qarabağ”a pandemiya yardımı

blank
Dünya futbolu2022-12-01 10:41

Nunu Mendeş üçün mundial bitdi

blank
Premyer-liqa2022-11-29 20:11

“Qəbələ” Sumqayıtdan 1 xalla qayıtdı – VİDEO

blank
Premyer-liqa2022-11-29 17:21

“Turan Tovuz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2022-11-28 21:39

Rəşad Sadıqov: “Belə xallar çempionatın sonunda çox dəyərli olur”

blank
Premyer-liqa2022-11-28 21:27

“Zirə” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2022-11-28 17:28

“Şamaxı” və “Kəpəz”dən hərəyə 1 qol və 1 xal – VİDEO

blank
Ölkə futbolu2022-11-28 11:21

Fariz Nəcəfov: “Müharibədə ölməkdən bir an belə qorxmamışam” – VİDEO

blank
Premyer-liqa2022-11-27 18:45

Emin Mahmudov het-trik etdi, “Neftçi” 3 xala sevindi – VİDEO

blank
Ölkə kuboku2022-11-23 20:10

“Sabah” 1/4-ə darmadağınla yüksəldi – VİDEO

blank
Ölkə kuboku2022-11-23 18:40

“Zirə” 2 cavabsız qolla 1/4 finalda – VİDEO

blank
Ölkə kuboku2022-11-23 16:54

Rəşad Sadıqov “Mingəçevir” üzərindəki qələbədən danışdı – VİDEO

blank
Ölkə kuboku2022-11-23 11:01

“Səbail” 4 cavabsız qolla 1/4 finalda – VİDEO

blank
Ölkə kuboku2022-11-22 17:45

“Turan Tovuz”a 1 qol bəs etdi – VİDEO

blank
Milli komanda2022-11-20 22:44

Millimizin Skopye zəfəri – VİDEO

blank
Milli komanda2022-11-17 10:21

Millimizin Kişinyov zəfəri – VİDEO

blank
Ölkə futbolu2022-11-16 16:06

“Sabah”dan bombardiri ilə yeni müqavilə

blank
Ölkə futbolu2022-11-14 18:40

Yevlaxda futbol sevinci – VİDEO

blank
Premyer-liqa2022-11-13 20:13

“Qarabağ”ı büdrədən tapıldı – VİDEO

blank
Premyer-liqa2022-11-13 18:04

Qərb derbisində heç-heçə – VİDEO

Premyer-liqa2022-11-13 17:42

Tərlan Əhmədov: “Bu gün məğlub da olsaydıq, komandadan razı qalardım” – VİDEO

blank
Premyer-liqa2022-11-13 17:23

Ayxan Abbasov: “Xal, qələbə üçün çox əziyyət çəkmək lazımdır” – VİDEO

blank
Premyer-liqa2022-11-12 21:55

“Neftçi”dən inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2022-11-12 19:36

Rəşad Sadıqov: “Onlar səviyyəcə digər komandalardan fərqlənirlər”

blank
Premyer-liqa2022-11-12 19:05

“Zirə” “Səbail”i tək qolla yendi – VİDEO

blank
Premyer-liqa2022-11-11 17:24

Şamaxıda 6 qolluq oyun – VİDEO

blank
Premyer-liqa2022-11-09 18:00

“Qarabağ”dan ardıcıl 13-cü qələbə – VİDEO

blank
Premyer-liqa2022-11-09 17:40

“Bu, güclənməyimizə imkan vermir” – Ayxan Abbasov

blank
Premyer-liqa2022-11-09 17:18

“Buna bir çıxış yolu tapmaq lazımdır” – Qurban Qurbanov

blank
Dünya futbolu2022-11-07 10:17

10 futbolçu meydandan qovuldu, “Rasinq” qalib elan edildi – VİDEO

blank
Premyer-liqa2022-11-06 21:46

“Qarabağ”la “Kəpəz” də bacarmadı – VİDEO

blank
Premyer-liqa2022-11-06 18:17

“Səbail” “Sabah”a belə məğlub oldu – VİDEO

Facebook

Gündəm