Ölkə futbolu
“Qarabağ” yeni “7 nömrə”sini açıqladı – VİDEO
“Qarabağ” Yassine Benzianın transferini açıqlayıb. Bununla bağlı Ağdam klubunun rəsmi Feysbuk səhifəsi video paylaşıb.
Futbolçu ilə bağlanan müqavilənin müddəti 2.5 ildir. Benzia “Qarabağ”da 7 nömrəli forma ilə çıxış edəcək.
28 yaşlı hücumameylli yarımmüdafiəçi olan Benzia Fransanın U-21 millisi də daxil olmaqla bir neçə aşağı yaş qrupu üzrə komandalarında oynayıb. O, həmçinin Əlcəzairin əsas millisində 4 oyun keçirib. “Lion”, “Fənərbaxça”, “Olimpiakos”, “Lill”, “Hatayspor”da oynamış Benzia bu mövsümü Fransanın “Dijon” klubunda keçirib.
Benzia Fransa Liqa-1-də ümumən 131 oyun keçirib, 15 qol vurub və 13 qolun ötürməsini verib.
- Premyer-liqa2024-02-07 12:10
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Ölkə futbolu2024-02-08 08:00
Limit oyunu: “Sumqayıt” – “Neftçi” matçının dəhşətli statistikası
- Milli komanda2024-02-08 21:39
Millətlər Liqası: Azərbaycan yığmasının rəqibləri bəlli oldu
- Ölkə futbolu2024-02-08 09:52
Rövnəq Abdullayev dönəmi bitir – onu Vaqif Sadıqov əvəz edəcək