Ölkə futbolu
“Qarabağ”a prezident dəstəyi
“Qarabağ” futbol klubunun prezidenti Tahir Gözəl komandaya dəstək olmaq üçün Macarıstanın paytaxtı Budapeştə gedib.
Futbolinfo.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Ferentsvaroş”la cavab oyunu öncəsi komanda üzvləri ilə görüşəcək.
Klubun mətbuat xidmətinin yaydığı məlumatda o da bildirilir ki, klub rəhbəri qarşılaşmanı stadiondan izləyəcək.
Avqustun 9-da Budapeştdəki “Groupama Arena”da baş tutacaq “Ferentsvaroş” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”