Ölkə futbolu
“Qarabağ”da sonradan mərkəz yarımmüdafiəçisinə çevrildim”
Serbiyanın “Partizan” klubuna transfer olunan “Qarabağ”ın sabiq futbolçusu Patrik Andrade ötən mövsümdəki çıxışı barədə danışıb.
Futbolinfo.az xəbər verir ki, Kabo Verdedən olan yarımmüdafiəçi Ağdam təmsilçisinə keçdiyi ilk vaxtlarda bəzən cinah yarımmüdafiəçisi kimi oynadığını xatırladıb:
“Amma sonda mərkəz yarımmüdafiəçisinə çevrildim. Ötən mövsüm Konfrans Liqasında mövsümün ən yaxşı 5 futbolçusu arasında yer aldım. Ən böyük üstünlüyüm komanda oyunçusu olmağımdır. Hər şey komandanın uğuru üçün olmalıdır”.
Xatırladaq ki, 29 yaşlı oyunçu yay fasiləsində iki mövsüm formasını geyindiyi “Qarabağ”ı bu yay “Partizan”a dəyişib.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd