Premyer-liqa
“Qarabağ”dan 200-cü heç-heçə
“Qarabağ” Azərbaycan çempionatında 200-cü dəfə heç-heçə edib.
Futbolinfo.az xəbər verir ki, bu, Premyer Liqanın 26-cı turunda baş verib.
Qurban Qurbanovun komandası ev matçında “Zirə” ilə qolsuz heç-heçəyə imza atıb – 0:0.
200-cü sülh ölkə çempionatındakı 850-ci qarşılaşmaya təsadüf edib. Ağdam klubu evdə 82, səfərdə 113, neytral meydanda 5 dəfə heç-heçə ilə kifayətlənib.
Qeyd edək ki, “Qarabağ” daha çox – 30 dəfə “Neftçi” ilə heç-heçə oynayıb. “Şamaxı” ilə görüşlərdə 24 bərabərlik gerçəkləşib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”