Dünya futbolu
“Qarabağ”ın bütün potensial rəqibləri müəyyənləşdi

“Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki bütün rəqibləri müəyyənləşib. Ağdam təmsilçisi daha yüksək reytinqə malik komandaların olduğu “səpələnmişlər” səbətində yer alıb. Onlar bu sihayıda yalnız “Ferensvaroş”dan geri qalmaqla 2-cidirlər.
Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın rəqibi “səpələnməmişlər” səbətinə düşən komandalardan biri olacaq. Əvvəlki illərdə olduğu kimi püşkatmada Ermənistan və Azərbaycanda çempionları bir-biri ilə düşə bilməyəcək.
“Qarabağ”ın püşkatmadakı potensial rəqibləri: “Linkoln Red İmps” (Cəbəllütariq), “Ki Klaksvik” (Farer adaları), “Dinamo” (Tiflis, Gürcüstan), “Rakuv” (Polşa), “Partizani” (Albaniya), “Hakken” (İsveç), “Farul” (Rumıniya), “Valmiera” (Latviya), “Balkani” (Kosovo), “Larn” (Şimali İrlandiya), “Hamrun Spartans” (Malta), “Svift” (Lüksemburq), “Struqa” (Şimali Makedoniya) və 4 komandanın – “Buduçnost” (Monteneqro), “Breydablik” (İslandiya), “Tre Penne” (San Marino), “Atletik” (Andorra) – iştirakı ilə keçiriləcək ilkin mərhələnin qalibi.
Püşkatma mərasimi iyunun 20-də, 1-ci təsnifat mərhələsinin oyunları isə 11/12 iyul və 18/19 iyulda keçiriləcək. “Qarabağ” bu mərhələni keçəcəyi halda – 2-ci mərhələdə də “səpələnmişlər” səbətində yer alacaq.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat