Bizi izləyin

Ölkə futbolu

“Qarabağ”ın çempion olduğu oyunda “Sabah” da üzülmədi

blank
blank

“Qarabağ” rəqibləri ilə o qədər böyük səviyyə fərqi yaradıb ki, növbəti çempionluğu adi hal kimi qəbul edildi. Sanki belə olmalıydı və oldu. Ağdamlılar mövsüm boyu hər cür tərif eşitdiyindən, indi, ölkənin ən güclüsü adını birillik fasilədən sonra geri qaytararkən təbriklər bir o qədər gurultulu səslənmədi.

Dünən “Sabah”la matçın taleyini Patrik Andradenin qırmızı vərəqə alması həll etdi. Kabo-verdeli futbolçu meydandan qovulanadək ağdamlılar qonaqlardan aşkar üstün oynayırdı. Rəngarəng hücumlar, ərazi üstünlüyü “göy-qaralar”ın favoritliyinə şübhə yeri qoymurdu. Hesab açılanadək iki dəfə tirin möhkəmliyini yoxlayan Qurban Qurbanovun yetirmələri çempionluğun gəldiyi matçda parlaq qələbə üçün hər şeyi etdi.

Lakin Andradenin haqlı qırmızı vərəqəsi ilə durum dəyişdi. Bu il əla təsir bağışlayan “Sabah” say üstünlüyü qazandığı epizodda gözəl cərimə zərbəsi ilə hesabı bərabərləşdi. Konfrans Liqasına son vəsiqəni əldə etmək istəyən Murad Musayevin yetirmələri qazandıqları üstünlükdən maksimum faydalanmaq üçün həvəsləndi. Düzdü, qələbə qazanıb “Qarabağ”ın çempionluğunu ertələmək mümkün olmadı, lakin qonaqlar rəqibin qələbə seriyasını qırdı, layiq olduğu bir xalı əldə etməklə vəziyyətini yaxşılaşdırdı.

Turun açılış matçı da heç-heçə bitdi. Amma dünənki “Səbail”i yenə bilməmək istənilən komanda üçün eyib sayılmalıdı. Yetərli heyəti olmayan, meydana ciddi itkilərlə çıxan qonaqlar, üstəlik, matçın gedişində zədə üzündən əsas qapıçısını da itirdi. Faktiki yarımcan olan, lakin son pillədən qurtulmaq üçün ölüm-dirim savaşı verən “Səbail” istəyinə çatdı. Aftandil Hacıyevin yetirmələrinin uzun fasilədən sonra meydandan qol buraxmadan ayrılması intizamlı oyunun və rəqibin fərasətsizliyinin nəticəsi idi.

“Şamaxı” növbəti dəfə evdə qələbə qazanmamaqla ardıcıl darmadağınları da unutdurmağı bacarmadı. Rüstəm Əliyevin rəhbərliyi altında ilk xal qazanılsa da, çətin ki, kimsə buna görə ona “əhsən” desin. Heyət baxımından daha yaxşı durumda olan komanda autsayderi yenməyə borclu idi.

Bugünkü matçlar az önəm daşımır. “Sumqayıt” autsayder rəqibini önə buraxmamaq üçün “Neftçi”yə uduzmamalıdı. Aleksey Baqa gələndən bəri, 2022-ci ildə qələbə üzü görməyən “kimyaçılar”, kubokun yarımfinalında 120 dəqiqəlik ağır mübarizənin yekununda məyusluq yaşayan rəqibin psixoloji durumundan yararlanmalıdı. Əks halda, “Səbail”lə mübarizədə üstünlük qazanmaq olmayacaq. “Neftçi”yə gəlincə, komanda avrokuboklara vəsiqəni təmin etsə də, ikinci yeri tutmaq üçün sonadək vuruşacaq. Bu baxımdan belə rəqiblərlə oyunlarda xal itirmək olmaz. Son məğlubiyyətin komandaya necə təsir etdiyini 90 dəqiqə göstərəcək.

Turun oyunu isə Zirədə reallaşacaq. Meydan sahibləri əsas rəqiblərindən olan “Qəbələ”ni yenməklə avrokubok arzusuna çata bilər. Mübarizədən qopmaq istəməyən qonaqlar ən azı xal üçün döyüşəcək, nəticəni isə futbolçuların fiziki və psixoloji durumu müəyyənləşdirəcək. Bir yanda yorğun “Zirə”, digər tərəfdə klubdaxili ab-havası korlanmış “Qəbələ” var.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-04-20 16:18

Təbriz klubu yenə uduzdu

blank
Digər idman növləri2024-04-20 16:00

Pekin marafonunda qalmaqal: medallar geri alındı

blank
Premyer-liqa2024-04-20 15:52

“Qarabağ” “Qəbələ”yə qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-04-20 15:38

Kanada millisinin dünya çempionatı üçün heyəti güclənir

blank
Dünya futbolu2024-04-20 15:19

“Mançester Yunayted”də yeni təyinat

blank
Digər idman növləri2024-04-20 15:00

Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşdi

blank
Digər idman növləri2024-04-20 14:39

MBA-da mükafat fondu artırıldı

blank
Ölkə futbolu2024-04-20 14:22

“Neftçi”nin iki futbolçusu “Zirə”yə qarşı oynamayacaq

blank
Digər idman növləri2024-04-20 14:07

Avroliqada yeni rekord

blank
Dünya futbolu2024-04-20 13:50

La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə

blank
Əvəzedicilər2024-04-20 13:35

Əvəzedicilərin yarışında 31-ci turun təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-20 13:20

MBA-da pley-offun son cütlükləri də bəlli oldu

blank
Dünya futbolu2024-04-20 13:03

“Qalatasaray”da 5 yeni müqavilə

blank
Ölkə futbolu2024-04-20 12:48

“Qəbələ”nin 2 futbolçusu “Qarabağ”a qarşı oynamayacaq

blank
Digər idman növləri2024-04-20 12:31

Çində gözlənilməzlik: Həmilton mübarizəni dayandırdı

blank
Digər idman növləri2024-04-20 12:16

Bu gün Azərbaycan Kubokunun qalibi bəlli olacaq

blank
Digər idman növləri2024-04-20 11:57

“Real”ın rəqibi məlum oldu

blank
Digər idman növləri2024-04-20 11:40

Ferstappen Çində də birinci oldu

blank
Digər idman növləri2024-04-20 11:23

Abasovun Torontoda növbəti sınağı

blank
Ölkə futbolu2024-04-20 11:05

Sərtan vacib matçda 81 dəqiqə oynadı

blank
Ölkə futbolu2024-04-20 10:47

Orxan Məmmədov vacib oyundan əvvəl “Zirə”ni ziyarət etdi

blank
Ölkə futbolu2024-04-20 10:30

Zirədə 2-ci yer uğrunda oyun

blank
Dünya futbolu2024-04-20 02:00

“Atletik”lə “Qranada”dan heç-heçə

blank
Dünya futbolu2024-04-20 01:44

“Yuventus” yenə xal itirdi

blank
Dünya futbolu2024-04-20 01:30

“Ayntraxt” inamlı qələbəyə sevindi

blank
Dünya futbolu2024-04-20 01:15

“Nitsa”dan darmadağın

blank
Dünya futbolu2024-04-20 01:00

Dubla imza atdı, həftənin ən yaxşı oyunçusu seçildi

blank
Dünya futbolu2024-04-20 00:29

Avroliqada həftənin ən yaxşı futbolçusu müəyyənləşdi

blank
Dünya futbolu2024-04-20 00:04

“Beşiktaş”dan inamlı qələbə

blank
Ölkə futbolu2024-04-19 21:00

“Sumqayıt” avrokubok iddiasını davam etdirir

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm