Ölkə futbolu
“Qarabağ”ın istədiyi Dəmiri: “İndidən bu barədə danışmaq tezdir”
“Kukesi” ilə yaya qədər müqaviləm var. Ondan sonra təkliflər barədə düşünəcəyik”.
Bu sözləri futbolinfo.az-a açıqlamasında Albaniyanın “Kukesi” klubunun yarımmüdafiəçisi Bəşir Dəmiri deyib.
Adı “Qarabağ”la hallanan 26 yaşlı şimali makedoniyalı futbolçu hələ Ağdam klubu barədə açıqlama vermək istəmədiyini bildirib:
“Qarabağ” barədə danışmaq istəmirəm. Mövsümün sonunda hər şeyə aydınlıq gələcək. İndi “Kukesi”nin oyunlarına motivasiya olmaq fikrindəyəm. Təkliflər olsa da, bu barədə indidən danışmaq tezdir”.