Ölkə futbolu
“Qarabağ”ın oyunu mövsümün ən yaxşılarından biri seçildi
Avropa Konfrans Liqasında cari mövsümün ən yaxşı oyunları açıqlanıb.
Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “10-luq”da “Qarabağ” və Kiprin “Omoniya” komandaları arasında Bakıda keçirilmiş qrup mərhələsinin 5-ci tur matçı da yer alıb.
UEFA qarşılaşmanın 88-ci dəqiqəsində Patrik Andradenin “köhlən atlar”ı hesabda önə keçirdiyini, lakin 90-cı dəqiqədə Jordi Qomesin uzaq məsafədən fərqlənərək rəqib qapıçını təəccübləndirdiyini yazıb.
Xatırladaq ki, “Qarabağ” – “Omoniya” görüşü 2:2 hesablı heç-heçə ilə başa çatıb.
- Ölkə futbolu2024-03-08 08:00
Tarixi uğura saniyələr qalarkən…
- Ölkə futbolu2024-03-08 14:14
“Baş məşqçimizin tapşırıqlarını düzgün yerinə yetirirdik” – Toral Bayramov
- Premyer-liqa2024-03-08 20:52
“Səbail” “Sumqayıt”a uduzdu
- Premyer-liqa2024-03-08 22:18
“Futbolçuları buna görə qınaya bilmərəm” – Samir Abasov