Dünya futbolu
“Qarabağ”ın rəqibi A Seriyası klubundan futbolçu transfer etdi

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan “Olimpiakos”u növbəti futbolçu transferini gerçəkləşdirib.
Futbolinfo.az Pirey təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu Panayotis Retsosu heyətinə qatıb.
24 yaşlı müdafiəçi ilə imzalanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Panayotis Retsos son olaraq, İtaliyada “Verona”nın formasını geyinib. “Olimpiakos”un yetirməsi 2017-ci ildə Almaniyanın “Bayer” (Leverkuzen) klubuna transfer olub. O, Fransada “Sent Etyen”in də formasını geyinib.
Yeri gəlmişkən, “Verona” hücumçusu Mariuş Stepinskini də Kiprin “Aris” (Limassol) klubuna icarəyə verib. 27 yaşlı polşalı forvardın mövsümün sonunadək bu komandada oynayacağı diqqətə çatdırılıb.
Bu komandanın digər hücumçusu David Flakus Bosil isə Sloveniyanın “Bravo” klubuna icarəyə göndərilib. Sloveniyadan olan 20 yaşlı futbolçu da bir il müddətinə icarədə olacaq.
Serbiyadan olan yarımmüdafiəçi Boqdan Yoçiç isə “Verona”dan birdəfəlik ayrılıb. 21 yaşlı futbolçu bundan sonrakı karyerasını ölkəsində, “Vozdovats” komandasında davam etdirəcək.

Reklam
- Ölkə futbolu2023-02-02 11:12
“Kəpəz”də legioner alveri
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-02 13:10
“Zirə” nigeriyalı futbolçu ilə razılığa gəldi
- Müsahibə2023-02-02 15:11
Təmkin xaricdən dəvət gözləyir: o, formada qalmaq üçün futzal klubunu seçib