Ölkə futbolu
“Qarabağ”ın rəqibindən heç-heçə

Fransa çempionatında 5-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan “Nant” da növbəti oyununa çıxıb.
Sözügedən komanda səfərdə “Strasburq”la qarşılaşıb. İki qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 1:1. hesabı ilə başa çatıb. Meydan sahibləri 28-ci dəqiqədə hesabı açsa da, “Nant”ın misirli futbolçusu Mustafa Məhəmməd 85-ci dəqiqədə tarazlığı bərpa edib.
“Nant” 5 turdan sonra 6 xalla 20 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. “Qarabağ”ın bu komandaya qarşı ilk oyunu sentyabrın 15-də Bakıda, ikinci matçı isə oktyabrın 27-də səfərdə olacaq.

- Ölkə futbolu2023-12-01 01:58
“Qarabağ” Norveçdən 1 xalla qayıdır
- Ölkə futbolu2023-12-01 18:23
Hacıyev: “Çerçesov Azərbaycan millisini yeni səviyyəyə qaldıra bilər”
- Ölkə futbolu2023-11-30 16:31
Azərbaycanda oynamış norveçli: “Molde”ni müəyyən qədər üstün saymaq olar”
- Layihə2023-12-01 10:37
Öncə Qafqazda birinci olmalıyıq – MÜQAYİSƏLİ TƏHLİL