Dünya futbolu
“Qarabağ”ın rəqibinin futbolçuları koronavirusa yoluxdu

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Marsel “Olimpik”ində koronavirusa yoluxma qeydə alınıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Fransa təmsilçisinin baş məşqçisi Xorxe Sampaoli yerli mətbuata açıqlamasında deyib. O, komandanın iki futbolçusunda koronavirus aşkarlandığını bildirib.
“Olimpik”də müdafiəçi Pol Lirola və yarımmüdafiəçi Konrad de la Fuentanın koronavirus testinin nəticəsi müsbət çıxıb. Hər iki oyunçu karantinə alınıb.
“Qarabağ” Marsel təmsilçisi ilə ilk oyunu fevralın 17-də Fransada keçirəcək. Komandalar arasındakı cavab oyunu isə bir həftə sonra Bakıda olacaq.

Reklam
- Ölkə futbolu2023-02-04 09:35
Qurban Qurbanovun nəcib addımını Gəncədə unutmayıblar
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-04 14:16
“Qarabağ” fanatları Gəncədə problemlə üzləşdi
- Premyer-liqa2023-02-04 15:53
“Qarabağ” Gəncədə xal itirdi