Dünya futbolu
“Qarabağ”ın rəqibi 2 futbolçusu ilə vidalaşır
UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Polşanın “Lex” klubu iki futbolçusu ilə yollarını ayırır.
Futbolinfo.az “sport.interia”ya istinadən xəbər verir ki, çexiyalı Yan Sikora və ispaniyalı Daniel Ramires Poznan təmsilçisində qalmaq istəmir.
Sikora artıq ölkəsinin “Viktoriya” klubunda təlim-məşq toplanışına qoşulub.
Ramires isə rəhbərliyə müraciət edərək, klubdan ayrılmaq istədiyini deyib. Buna baxmayaraq, 30 yaşlı yarımmüdafiəçi “Qarabağ”la görüşlərin iştirak ərizəsinə daxil edilib.
“Lex”lə “Qarabağ” arasındakı ilk oyun bu gün keçiriləcək. “Poznan” stadionundakı qarşılaşma saat 22:00-da başlayacaq. Cavab oyunu iyulun 12-də Bakıda olacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”