Dünya futbolu
“Qarabağ”ın rəqibi doğma meydanda sevindi
Futbol üzrə Belçika çempionatında 20-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Gent” də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Kortreyk”lə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyunda 2:1 hesablı qələbəyə sevinib. “Gent”in hər iki qolunu 7 və 69-cu dəqiqələrdə fərqlənən Huqo Kuypers vurub.
“Gent” bu qələbədən sonra 34 xalla 5-ci pillədə qərarlaşıb.
“Qarabağ” Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”