Dünya futbolu
“Qarabağ”ın rəqibi qapıçısı ilə yeni müqavilə bağladı
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniya “Frayburq”u qapıçısı Noa Atubolu ilə müqaviləni uzadıb.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı qolkiperlə imzalanmış yeni sözləşmənin detalları açıqlanmayıb.
Almaniyalı çərçivə qoruyucusu ölkəsinin U-21 yığmasının da formasını geyinir.
Xatırladaq ki, “Qarabağ” G qrupundakı ilk oyununu Almaniyada “Frayburq”a qarşı keçirib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında 6-cı tur matçı noyabrın 3-də Bakıda olacaq.
- Premyer-liqa2024-02-02 15:51
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Ölkə futbolu2024-02-01 08:00
Qonaqların istədiyi kimi: Abasov matçdan öncə uduzmuşdu
- Milli komanda2024-02-01 09:07
De Byazi: “Azərbaycan millisində hələ də maraqlı elementlər var”
- Müsahibə2024-02-02 11:07
Qurban Qurbanov: “Şəxsi maraqlara görə səhv qərar vermək olmaz”