Dünya futbolu
“Qarabağ”ın rəqibindən daha bir transfer
UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Çexiyanın “Viktoriya” (Plzen) komandası son 2 gündə 3-cü transferini gerçəkləşdirib.
Futbolinfo.az xəbər verir ki, Plzen təmsilçisi Macarıstan çempionu “Ferentsvaroş”dan nigeriyalı hücumçu Forçun Akpan Bessini icarəyə götürüb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.
“Viktoriya” ötən gün Slovakiya millisinin hücumçusu Erik Yirka və Çexiya yığmasının müdafiəçisi Vatslav Yemelkanı da transfer etmişdi.
“Qarabağ” Çexiya təmsilçisinə qarşı ilk matçını avqustun 17-də Bakıda, cavab oyununu isə avqustun 23-də Plzendə keçirəcək. Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsində Macarıstan “Ferentsvaroş”unu mübarizədən kənarlaşdırıb.
- Ölkə futbolu2024-01-16 08:00
“Neftçi” italiyalı hücumçu transfer edir – 400 min avroya
- Ölkə futbolu2024-01-16 12:15
Tanzaniya kartı: Konfransın martın sonuna saxlanılmasında məqsəd var
- Premyer-liqa2024-01-17 13:17
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Müsahibə2024-01-17 08:00
“Vəziyyəti xeyrimizə dəyişmək üçün hər şeyi edəcəyik”