Ölkə kuboku
“Qarabağ”ın səfər oyununun vaxtı dəyişdirildi
Futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, üç günü əhatə edəcək mərhələnin bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Azərbaycanı Avropa Konfrans Liqasının pley-off mərhələsində təmsil edəcək “Qarabağ” “Keşlə”yə qarşı səfər oyununun vaxtının bir gün dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.
Yarışların Əsasnaməsini və “Keşlə” klubunun razılıq məktubunu rəhbər tutan PFL “Keşlə”- “Qarabağ” oyununu fevralın 12-dən fevralın 11-nə keçirilib.
Azərbaycan kuboku
1/4 finalın cavab oyunları
11 fevral (cümə)
18:00. “Keşlə” – “Qarabağ”
“ASK Arena”
12 fevral (şənbə)
16:00. “Sabah” – “Neftçi”
“Bank Respublika Arena”
13 fevral (bazar)
15:00. “Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu
18:00. “Səbail” – “Zirə”
“ASCO Arena”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi