Dünya futbolu
“Qarabağ”ın sabiq məşqçisi “Valensiya”da
“Qarabağ”ın sabiq məşqçisi Ruben Sellesin yeni iş yeri müəyyənləşib.
Futbolinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, doğulduğu Valensiya şəhərinin eyniadlı klubunda çalışacaq.
37 yaşlı mütəxəssis 2020/21 mövsümündə “Valensiya”nın futbol akademiyasında, “Yuvenil B” komandasının birinci məşqçisi vəzifəsində işləyəcək.
Qeyd edək ki, Ruben Selles 2012-2014-cü illərdə “Neftçi”də, 2015 – 2017-ci illərdə isə “Qarabağ”da fiziki hazırlıq üzrə məşqçi işləyib. O, 2018-ci ilin yanvarında köməkçi məşqçi kimi təyin olunduğu Danimarkanın “Orhus” klubundan ötən ay ayrılıb.
- Ölkə futbolu2024-02-23 08:00
Arzuların daha bir həddi – dəf edildi!
- Ölkə futbolu2024-02-22 09:40
“Yığmaya əcnəbi mütəxəssisin gətirilməsi pul itkisidir”
- Müsahibə2024-02-22 16:22
Georgi Adamiya: “Qarabağ”ın mərhələ adlayacağına əminəm”
- Ölkə futbolu2024-02-23 00:22
“Qarabağ”dan tarixi nəticə – Azərbaycan çempionu 1/8 finalda!