Bizi izləyin

Dünya futbolu

“Qarabağ”ın sirli qutusu – istedadlı, amma məhsuldar olmayan Diakabi

blank
blank

“Qarabağ” azarkeşlərinin gözü yolda, qulağı səsdədir. Kadi Borgesin “Krasnodar”a gedişindən sonra boş qalan mövqeni kimin dolduracağı maraqla gözlənilir.

“Qarabağ” istədiyi futbolçunu heyətinə qatsa belə, onun Kadinin yerini verib-verməyəcəyini zaman göstərəcək. Amma nə olursa-olsun, komandanın mütləq transferə, hətta transferlərə ehtiyacı var. Çünki braziliyalı futbolçu burada olanda belə azarkeşin gözü yolda, qulağı səsdə idi.

Amma o vaxt addım səsi yox idi. İndi isə addımların səsi eşidilir, qapı isə açılmaq bilmir. Doğrudu, “Qarabağ” artıq yeni transferini demək olar ki, reallaşdırıb, həftə içində keçid rəsmiləçəcək.

Bir neçə gün əvvəl yazdığımız kimi, Ağdam klubu fransalı sol cinah hücumçusu Adama Diakabini düşərgəsinə gətirə bilib. Bəs görəsən, bu futbolçu “Qarabağ”ın ümidlərini doğrulda biləcəkmi? 1996-cı il iyulun 5-də Fransanın Ayaçço şəhərində dünyaya göz açan əslən seneqallı futbolçunun karyerasında açacağı yeni səhifə romana çevriləcəkmi?

Məsələ ondadır ki, bugünə qədər Diakabi oynadığı klublarda roman yox, heç hekayə də yaza bilməyib. Hərçənd “Kan” klubunun yetirməsi çox istedadlı olduğundan onun Fransada “Hərb və sülh” qədər ROMANtik bir futbolçu olacağı gözlənilirdi. Amma zaman onu “Səfillər” səviyyəsinə qədər endirdi. Yaxşısı budur, romantikanı bir kənara qoyub, konkret faktlara keçək.

2017-ci ildə Fransanın 21 yaşa qədər futbolçulardan ibarət millisində 4 oyun keçirən Diakabi orada fərqlənə bilmədiyi kimi, oynadığı klublarda da məhsuldarlığı ilə yadda qalmayıb. Diakabi peşəkar karyerasına 2013-cü ildə başlasa da, 3 il ərzində “Kan” və “Renn” klublarının B komandalarında oynayıb.

2016/17 mövsümündən Adama “Renn”in əsas komandasında oynamaq imkanı əldə edir. Debüt mövsümü onun üçün o qədər də pis keçirmir. O, çempionatda keçirdiyi  25 oyunda 4 dəfə rəqib qapısına yol tapa bilir. Amma vinger olsa da, assistləri ilə yadda qalmır.

Həmin mövsüm Fransa  Kubokunda 2 oyuna 1 qol vursa da, Liqa Kubokunda keçirdiyi digər iki oyunda adını tabloya yazdıra bilmir. Bir il ərzində özünü göstərdiyinə görə “Monako”dan dəvət alır. Bəli, Kilian Mbappeni PSJ-yə satan “Knyazlıq Klubu” onun əvəzedicisi rolunda məhz Diakabini görür. “Monako” cəmi 1 il özünü göstərən sağ cinah hücumçusuna görə 10 milyon avrosundan keçməyə razılaşır. Bəli, hədər yerə sağ cinah hücumçusu kimi onu qeyd etmədik. Çünki Diakabi “Renn”də məhz bütün hücumlara sağ cinahdan qoşulurdu. Amma Adamanı Mbappenin əvəzedicisi kimi görən  “Monako” onu elə Kilianın cinahına təhkim edir. Keçid baş tutur. Amma “Monako” bu futbolçudan Mbappenin ətrini ala bilmir.

Əslinə qalsa, Diakabi yeni klubunda ilk mövsümündə heç də statistik planda pis təsir bağışlamır. Söhbət “Renn”dəki statistika ilə müqayisədən gedir. Fransalı futbolçu 2017/18 mövsümündə Liqa 1-də keçirdiyi 22 oyunda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda  qalır. Təbii ki, komandanı bombardir kimi tərk edən Kilianla müqayisədə Diakabinin statistikası “öldürücü” sayıla bilməz. Üstəlik, Çempionlar Liqasında keçirdiyi 5 oyunda da bərbad göstərtici ilə yadda qalır. Qitənin ən nüfuzlu klub turnirində o nə qol vura bilir, nə də məhsuldar ötürmə ilə yadda qalır. Liqa Kubokunda isə cəmi 1 dəfə fərqlənir, amma assist edə bilmir.

Ondan istədiyini ala bilməyən “Monako” Diakabini mövsümün sonunda satmaq qərarına gəlir. Yaxşı bir müştəri tapır və pulunu çıxarır. Premyer Liqa təmsilçisi “Haddersfild” Diakabiyə görə “Knyazlıq klubu”na 10 milyon avro ödəməyə razılaşır. Amma orada da bu futbolçunun işləri qaydasında getmir. Çempionatda 12 oyun keçirən Adama heç bir məhsuldarlığı ilə seçilmir. İngiltərə Kubokunda da bir oyuna çıxır, o da boş keçir.

Əslində, həmin mövsüm “Haddersfild” fiaskoyla yadda qalır və komanda Premyer Liqanı tərk edir.  Klub transferinə görə 10 milyon avro xərcə düşdüyü futbolçusundan ümidini üzmür və Çempionşipdə ona bel bağlamalı olur. Amma fransalı cinah hücumçusu yenə də ümidləri doğrultmur: Çempionşipdə 18 oyun 0 qol və 2 məhsuldar ötürmə!

Necə deyərlər, rəzalət davam edir! Mövsümün sonunu gözləməyə ehtiyac duymayan klub Dikababini digər Çempionşip təmsilçisi “Nottingem Forest”ə icarəyə verir. Adama olan ümidlər yenə doğrulmur və Adama “meşəbəyilər”in heyətində də rüsvayçılıqla yadda qalır: 0 qol+1 asssit.

Mövsümün sonunda “Haddersfild” Diakabini “bəlkə, düzələr” deyə qəbul edir, amma yenə də bəhrəsini görmür. Maraqlıdır ki, yenə də ona mövsümün ilk yarısından sonra “səbr kasaları daşır. 16 oyuna qol vura bilməyən və yalnız 1 məhsuldar ötürmə ilə baş aldadan fransalını bu dəfə heç icarəyə göndərməyə üzləri qalmır və ona qapını göstərirlər. Nəticədə Diakabi azad agent status ilə Liqa-2 təmsilçisi “Amyen”ə keçir. Fevraldan maya qədər bu klubda oynayan Diakabi 12 oyuna 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalır. Növbəti mövsümə də burada başlayır və yenə 12 oyun keçirir. Bu dəfə isə nə qol vurur, nə də assist edir.

Bu futbolçudan heç bir fayda almayacağını görə “Amyen” onu noyabr ayından heç iştirak ərizəsinə salmır.  Diakabinin sonuncu dəfə start heyətində oyunu 2021-ci il oktyabrın 2-nə təsadüf edib. Sonuncu qolunu isə 2021-ci ilin aprelin 24-də vurub. Bununla yanaşı, fransalı futbolçu ardıcıl 2 oyuna 2021-ci ilin iyul-avqust aylarında çıxıb. 2018/19 mövsümündən bəri liqalarda 84 oyuna 1 qol və 5 məhsuldar ötürmə edib.

Əslində, Kadinin yerinə gətirilən futbolçunun belə bərbad göstərici ilə yadda qalması heç də xoş deyil. Hər halda, bu gün hər bir “Qarabağ” azarkeşi yeni transferdən qollar gözləyir. İndiki dövrdə isə qol atlı olub, Diakabi piyada. Amma Kadi Borges də “Qarabağ”a Portuqaliyanın aşağı divizion təmsilçisi “Vilafranquense”klubundan keçmişdi. Qurban Qurbanov onu cilalaya bildi. Bəlkə Diakabi əsl baharını “Qarabağ”da yaşaya bildi?

Həm də ki, hər şeyi qolla ölçmək də doğru deyil. Onun oyununu izləyərkən, çox sürətli reydlər etdiyini və möhtəşəm driblinqə malik olduğunu görürük. Hələ müdafiədə səliqəli şəkildə rəqibdən top oğurlamağı da var. Bircə, məhsuldarlığın aşağı olması onun əziyyətinin boşa getməsinə səbəb olur. İstedada isə söz ola bilməz. Bəlkə də “Renn”da qalsaydı və yaxud “Monako”ya yox, başqa kluba keçsəydi, daha uğurlu olardı. Bizə isə indi keçmişə yox, gələcəyə boylanmaq lazımdır. “Gent”lə oyunda faydalı işlər görə biləcək transferə ehtiyac var!

CAVAD

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-25 01:52

Sonuncu finalçı bəlli oldu

blank
Dünya futbolu2024-04-25 01:13

“Mançester Yunayted” qalib gəldi, “Liverpul” uduzdu

blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Layihə2024-04-24 15:00

İdman və düzgün qidalanma

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm