2024-2025 mövsümü öncəsi klubların UEFA reytinqi açıqlanıb.
Futbolinfo.az qitə futbol qurumuna istinadən xəbər verir ki, Azərbaycan klublarının da cədvəldəki mövqeləri müəyyənləşib.
7 komandamızın yer aldığı siyahıda ən yüksək reytinq “Qarabağ”dadır. Aktivində 31,500 əmsal olan Ağdam təmsilçisi “Yanq Boyz” və “Ferentsvaroş”la birlikdə 54-cü pilləni bölüşdürür.
Digər klublarımızdan “Neftçi” 158-165-ci (8,000 xal), “Sumqayıt” 290-301-ci (4,000), “Sabah” 307-317-ci (3,500) yerləri bölüşür. “Zirə”, “Qəbələ” və “Şamaxı” isə hesablarındakı 3,350 əmsalla 327-329-cu pillələrdə qərar tutublar.
Qeyd edək ki, UEFA reytinqinə “Mançester Siti” başçılıq edir. İngiltərə çempionu 129,000 xala malikdir. Çempionlar Liqasının son sahibi “Real” 125,000 əmsalla ikinci, “Bayern” isə 114,000 əmsalla üçüncüdür.