Ölkə futbolu
“Qarabağ”ın yeni transferi Bakıda tibbi müayinədən keçdi – tezliklə RƏSMƏN açıqlanacaq
“Qarabağ” Yassin Benzyanın transferini tamamlamaq üzrədir. Hazırda Bakıda olan Əlcəzair millisinin sabiq futbolçusu az öncə tibbi müayinədən keçib.
Futbolinfo.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin transferinin reallaşması üçün heç bir əngəl qalmayıb. Gün bitməmiş 2,5 illik müqavilə bağlanması barədə rəsmi açıqlama veriləcək.
Fransada “Lion”, “Lill”, Yunanıstanda “Olimpiakos”, Türkiyədə “Fənərbaxça” və “Hatayspor” klublarının formasını geyinən oyunçunun son klubu “Dijon” olub. Son 6 ayda meydana çıxmasa da, “Qarabağ”ın məşqçiləri Yassinin tezliklə formaya düşəcəyinə əmindir.
Liqa 1-də keçirdiyi 131 matça 15 qol vuran Benzya güman ki, “Qarabağ”ın hücum xəttinə son transferi olacaq. Bundan sonra ağdamlılar qapıçı keçidini reallaşdırmaq üçün çalışacaq.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 10:00
Samir Abasov Xaviylə görüşə gedib