Müsahibə
“Qarabağ”la eyni səviyyədə mübarizə aparmaq çox çətindir” – Sebalyos
“Sabah”ın ispaniyalı hücumçusu Kristian Sebalyosun futbolinfo.az saytına müsahibəsi
- Premyer Liqaya böyükhesablı qələbə ilə başlayan yeganə komanda oldunuz. “Sumqayıt” üzəridəki 3:0 hesablı qalibiyyət “Sabah”ın çempionata tam hazır olduğunu göstərir, yoxsa hələ daha yaxşı ola bilərsiniz?
- Mövsümə qələbə və qollarla başlamaq həmişə yaxşıdır. Lakin bu, sadəcə, bir oyunda qazanılan 3 xal idi. Bizi qarşıda uzun marafon gözləyir. Fikrimcə, mövsümə tam hazırıq.
- Matçda son nöqtəni qoymaqla Azərbaycan çempionatları tarixində 13000-ci qolun müəllifi oldunuz. Bunun sizin üçün xüsusi önəmi varmı?
- Azərbaycan çempionatları tarixinin bir parçasına çevrildiyimə görə şadam. Əlbəttə, qollar həmişə futbolçuya özünəinam aşılayır. Bu, həm mənim, həm də komandam üçün yaxşıdır.
- Bu mövsüm “Qarabağ”a çempionluq yolunda əsas rəqib “Sabah” göstərilir. Siz necə düşünürsünüz, “Qarabağ”la rəqabət apara biləcək gücdəsiniz?
- “Qarabağ” Azərbaycanın top-komandasıdır. Onlarla eyni səviyyədə mübarizə aparmaq çox çətindir. Lakin hazırda biz yalnız növbəti oyunumuz barədə düşünürük. Gələcəkdə nə baş verəcəyini heç kim bilmir.
- Yəqin ki, minimum hədəfiniz ilk “üçlüy”ə düşməkdir. Bu yolda əsas rəqiblər hansı komandaları görürsünüz?
- Bütün komandaları özümüzə rəqib kimi görürəm. Çünki çempionat uzun marafondur. Mövsümün sonunda yaxşı yerlərdə qərarlaşmaq üçün bütün rəqiblərimizlə görüşdən yaxşı nəticə ilə ayrılmalıyıq.
- “Sabah”ın orta sahə və hücumunda kifayət qədər güclü rəqabət var. İlk görüşə də ehtiyatdan meydana çıxdınız. Bu durumu lehinizə çevirə biləcəksiniz?
- Zədəm olmasa, əlbəttə ki, vəziyyəti lehimə çevirə biləcəyəm. Mənə mane olan əsas amil zədələrdir. Mübarizə üçün mənə lazım olan yeganə şey sağlamlıqdır.
- “Barselona”, “Tottenhem” kimi klublar görmüsünüz, İspaniya, İngiltərə, Portuqaliya, Belçika kimi böyük futbol ənənəsi olan ölkələrdə oynamısınız. Onlarla müqayisədə Azərbaycan futbolunu necə görürsünüz?
- Əlbəttə, fərqli cəhətlər çoxdur. Lakin Azərbaycan çempionatı hər keçən il bir az da çətinləşir, inkişaf edir.
- Premyer Liqanınn 2-ci turunda “Zirə” ilə qarşılaşacaqsınız. “Zirə”nin mövsümə avrokuboklarla başlamasını daha tez hazır olması baxımından üstünlük saymaq olar?
- Bəli, onlar daha çox rəsmi oyun keçiriblər. Lakin biz bu görüşə hazırıq. Ümid edirəm ki, bu matçdan 3 xalla ayrılmağı bacaracağıq.
CAVAD
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq