Dünya futbolu
“Qarabağ”la oyunda zədələndi, 3 həftə oynamayacaq
Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində “Qarabağ”la oyunda zədələnmiş İspaniyanın “Vilyarreal” klubunun futbolçusu Xuan Foytun durumuna aydınlıq gəlib.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əzələsində yırtıq aşkarlanan 22 yaşlı müdafiəçi 3 həftə meydanlardan kənarda qalacaq.
Bu səbəbdən, istedadlı futbolçu Argentina milli komandasının Paraqvay və Peru ilə DÇ-2022-nin seçmə oyunlarını buraxmalı olacaq. O həmçinin La Liqada “Valyadolid” və “Xetafe”, eyni zamanda Avropa Liqasında İsrailin “Makkabi” (Təl-Əviv) komandası ilə matçlarda da iştirak edə bilməyəcək.
Qeyd edək ki, Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçirilmiş matçda “Qarabağ” “Vilyarreal”a 1:3 hesabı ilə uduzub.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq