Ölkə futbolu
Qardaşlar “Kəpəz”dən ayrılıb fərqli klub seçdilər
“Kəpəz”də Nəbiyev qardaşları – müdafiəçi Yusif və yarımmüdafiəçi Fərid ilə müqavilə başa çatıb. Onların hər ikisi yeni mövsümə başqa klubda başlayacaq.
Futbolinfo.az xəbər verir ki, klubun mətbuat xidməti bu barədə az öncə məlumat yayıb. Halbuki Yusif səhər vaxtı sosial şəbəkə hesabında bu barədə yazmış, günorta saatlarında isə “Səbail” onunla müqavilə bağlandığını açıqlamışdı.
Fərid də özünə yeni klub tapıb. Yarımmüdafiəçi karyerasını yenə Qərb bölgəsində davam etdirəcək. Lakin onun budəfəki ünvanı “Turan Tovuz” olacaq. Nəbiyev birillik müqaviləyə razılaşıb, həftəsonunadək transfer rəsmən açıqlanacaq.
Son mövsümdə 34 oyuna çıxan Yusif Nəbiyev 2 qol vurub və 2 qolun ötürməsinin müəllifi olub. Yusif “sarı-göylər”i kapitan kimi də meydana çıxarıb. Çempionatda 30 oyuna çıxan Fərid Nəbiyev isə 4 dəfə fərqlənməklə 7 qolun ötürməsini verib.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq