Dünya futbolu
Qarnaço yayda satıla bilər
Alexandro Qarnaço bir çox klubun maraq dairəsinə düşüb. Onun əsas müştərisi olan “Real”ın ardınca “Bayern” də yayda rəsmi təkliflə “Mançester Yunayted”in qapısını döymək niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, ingilislər 2024-cü ilin yayına kimi müqaviləsi olan oyunçunu satmağın əleyhinə deyil. 18 yaşlı Argentina əsilli ispaniyalı “Yunayted” akademiyasında yetişib, bu mövsümdən əsas heyətdə yer alır. Lakin klub yaxşı təklif müqabilində istedadlı futbolçunu satmaq niyyətindədir.
İngilislərin Qarnaçoyla vidalaşmağa çalışması oyunçunun gələn mövsümün sonunda başa çatacaq anlaşmanı uzatmaq istəməməsinə görədir. Düzdür, mançesterlilərin müqavilənin mövcud bəndinə görə anlaşmanı daha bir il uzatmaq hüququna malikdir. Lakin sonradan onu azad agent kimi itirməmək üçün elə bu yay satmaq daha əlverişlidir. “Real” və “Bayern” də bu fürsəti gözləyir.