Bizi izləyin

Ölkə futbolu

Qarşısıalınmaz “Qarabağ”, ümid verən “Neftçi”

blank
blank

Böyük komandalar çempionatın yaraşığıdı. Premyer Liqada iştirakçı sayı hər nə qədər olsa da, “Neftçi” və “Qarabağ”ın yeri başqadı. Və dəbi onlar müəyyənləşdirir. Dünən “Qəbələ”, bu gün “Sabah”, növbəti il başqa biri – təbii ki, zaman-zaman başqa iddialı komandalar da çıxacaq, müəyyən müddətdə yarışa rəng qatacaq, lakin səviyyəli çempionat istəyiriksə, ilk növbədə ənənəsi olanların inkişafını, ayaq üstdə daim durmasını izləməliyik.

Dünən baş tutan Azərbaycan derbisi, hər nə qədər “Qarabağ” favorit sayılsa da, nəticəsini öncədən müəyyən etməyin mümkün olmadığı oyunlardan idi. Və təəssüf ki, belə matçların sayı azdır. Bu komandaların “Sabah”la duellərini də xatırlasaq, əmin olacağıq ki, azarkeşi stadiona cəlb edən, futbolda maraq yaradan səviyyəli matçların bolluğudu. “Turan Tovuz”, “Kəpəz” kimi ənənələri olan komandaların bu mübarizəyə qatılması ilə daha çox şey qazanarıq.

Bu səbəbdən indiki “Neftçi”ni qorumaq lazımdı. Nəticələr azarkeşlərin ürəyincə olmaya bilər, lakin bakılılar inkişaf yolundadı, əvvəlki səviyyəyə qayıtması, daha yaxşı olması üçün sabitliyə ehtiyac var. Pis-yaxşı heyət qurulub, indi davamını gətirmək, zəif nöqtələri gücləndirmək lazımdı. Hər transfer dövründə 5-6 oyunçu göndərib bir o qədərini gətirməklə heç nə düzəlməyəcək. Maksimum sabitliyə nail olmaq, problemləri səbrlə aradan qaldırmaq lazımdı.

Laurentsiu Regekampf as məşqçi deyil, amma inkişaf etmək istəyən, yenidən təşkilatlanan “Neftçi”yə uyğun biridi. Rumın çalışdırıcı işləmək, nəticələri yaxşılaşdırmaq istəyir. Dünən də illərdi yaratdığı sabitliklə ölkənin bir nömrəli komandasına çevrilən, artıq Avropada da müsbət imici olan “Qarabağ”a qarşı mümkün olanı etdi. Əldə olan heyətlə daha yaxşısı çox çətin idi, rəqiblə arada ciddi fərq var. Bu oyunda məğlubiyyətə görə paytaxt təmsilçisini göydən yerə vurmaq doğru olmaz, əksinə, zamanla daha yaxşı olması üçün iş görülməsini tələb etmək lazımdı.

Regekampfın dünənki oyunda yeganə səhvi oyuna sonradan daxil olan İsmayıl Zülfüqarlını əvəzləməsi oldu. Zatən nəticənin bəlli olduğu dəqiqələrdə gənc futbolçunu mənəvi cəhətdən sındırmaq doğru deyildi. Bəli, zəif oynadı, cinahda rəqibin üstünlüyünə şərait yaratdı. Lakin bunun cəzası onu ehtiyatda oturtmaq, yavaş-yavaş hazırlamaqdı. Dünənki travma isə futbolçunun əleyhinə işləyəcək. Klubun son illər yetişdirdiyi azsaylı istedadlardan birini bu qədər rahat xərcləmək olmaz.

Qurban Qurbanov “Neftçi” ilə matçı ciddiyə aldığından əsas heyətə güvənmişdi. Növbəti avrokubok matçı öncəsi oyun praktikasından əziyyət çəkən futbolçuların tonusa düşməsi üçün də meydanda olması vacib idi. İnsaf naminə, Rege rəqibin mərkəzdə hegemonluğuna son qoymaq üçün mümkün olanı etmişdi. Əldə olan materiala uyğun oyun tərzi seçən rumın rəqibin mərkəzdəki üstünlüyünü azaltmaq üçün dayaq bölgəsi oyunçularına fərqli tapşırıq vermişdi və Emin Mahmudovla Eddi İsrafilov bir saat işinin öhdəsidən gəldi.

“Neftçi” daha yaxşı hazırlığa və heyətə malik rəqibdən üstün olmaq üçün fərqli birşeylər fikirləşməliydi. Regekampfın standart vəziyyətlərə daha çox diqqət etdiyi anlaşılırdı və komanda məhz künc zərbəsindən sonra hesabı açdı. Seçilən oyun modelinin sonadək uğurlu olmamasının səbəbi heyətdəki əskiklər idi. Bakılılar faktiki sağ cinah müdafiəçisi, daha səviyyəli hücumçu və ümumiyyətlə, ehtiyatda layiqli əvəzedici qüvvənin olmamasından əziyyət çəkir.

blank

Düzdü, “Qarabağ” qonaqların ilk hissə boyunca davam edən ərazi üstünlüyünü artıq ilk hissənin sonlarında aradan qaldırmışdı. Ağdamlılar fasilə ərəfəsində rəqibi təslim etməyin yollarını tapdığını göstərirdi. İkinci yarı başlayan kimi Qurbanov rəqibin tədbirlərinə qarşı əks-tədbirlər düşünüb qələbəni təmin etdi. “Neftçi”nin pressinqə bu qədər güc sərf etməsinin cəzası olmalıydı və Eddiylə Eminin əlbir işinə çarə tapılınca gedişat dəyişdi.

“Qarabağ”ın ilk qolu “Neftçi”nin çözümü oldu. Müdafiədən Elvin Cəfərquliyevin əla reydi sayəsində sürətlə çıxan meydan sahibləri, məhz rəqibin dayaq oyunçularının yerinə vaxtında qayıda bilməməsi sayəsində hesabı bərabərləşdirdi. Az qala bütün ötürmələri vaxtında kəsən Mahmudovla İsrafilov dayaq bölgəsindən uzaq düşən kimi Kadi Borges ilk dəfə özünü azadlıqda hiss etdi və öldürücü zərbə vurdu.

Ondan sonra artıq psixoloji üstünlük qazanan “Qarabağ”ın növbəti qolları vurması problem olmadı. “Neftçi”nin məğlubiyyəti taktiki səhvlərdən yox, məhz oyunçuların fərdi bacarığındakı aşkar fərqin üzə çıxmasından sonra reallaşdı. Abdulla Zubir təkbaşına bütün müdafiəni işsiz qoydusa, Ovusu Kvabena ruhdan düşmüş rəqibi asanlıqla məyus etdi.

Statistika qorxuncdu – “Neftçi” ağdamlıları yenərək çempion olduğu matçdan bəri ardıcıl 5 görüşdə “Qarabağ”a yenilib. Lakin bakılıların bu mövsüm daha sanballı heyəti olan “Sabah”la “Qarabağ”dan başqa bütün rəqibləri yendiyini unutmamalıyıq. Deməli, sabitlik var, yeni komandanın formalaşması prosesi gedir, sadəcə, heyəti daha da gücləndirmək – kor-koranə yox, ağılla – və yola davam etmək lazımdı. Heç nə itirilməyib, mövsümün hətta ¼-i də geridə qalmayıb.

“Qarabağ”a isə əhsən düşür. Avropada yoluna layiqincə davam edən komanda millinin düşərgəsinə 10-dan çox futbolçu göndərməsinə rəğmən, ağır qrafikdə kökdən düşmür, qələbələri sıralayır. Premyer Liqanın büdrəməyən yeganə komandası belə davam etsə, erkən çempionluğa da sevinə bilər. Amma onların rahatlığını pozmaq üçün digər komandaların da üzərinə böyük iş düşür. Xüsusilə “Neftçi” və “Sabah” ritmi pozmamalı, inadından əl çəkməməlidi. Premyer Liqada intriqanı saxlamaq bu komandaların öhdəsinə düşən işdi.

FƏRİD

Reklam

Reklam


Ölkə futbolu2022-12-02 14:19

“Səbail”in zədəliləri sıraya döndü

blank
Dünya futbolu2022-12-02 13:46

“Latsio”da İmmobile sevinci

blank
Dünya futbolu2022-12-02 13:32

Musialanın təsəlli toxunuşları

blank
Digər idman növləri2022-12-02 13:03

“Vüqar Həşimov Memorialı-2022”-nin daha iki iştirakçısı açıqlandı

blank
Ölkə futbolu2022-12-02 12:49

“Sabah” özünə baza tikməyə hazırlaşır

blank
Dünya futbolu2022-12-02 12:38

Almaniya prezidentindən milli komandaya dəstək

blank
Ölkə futbolu2022-12-02 12:09

Yüksək Liqada X turun oyun cədvəli açıqlandı

blank
Dünya futbolu2022-12-02 11:44

Dünya çempionu olduqdan sonra cəmi 3 qələbə

blank
Milli komanda2022-12-02 11:20

“Enrike bu turniri qazana bilsə, çox sevinərəm” – De Byazi

blank
Dünya futbolu2022-12-02 11:05

Bahalı mundialın maraqlı yenilikləri: texnologiya damğa vurur

blank
Dünya futbolu2022-12-02 10:50

DÇ-2022: FİFA Seneqal Futbol Federasiyasını cərimələdi

blank
Dünya futbolu2022-12-02 10:34

Yaponiyadan antirekord, Rodridən rekord

blank
Dünya futbolu2022-12-02 10:08

Müller Almaniya millisindəki karyerasını başa vurdu

blank
Dünya futbolu2022-12-02 09:56

DÇ-2022-də qrup mərhələsinə yekun vurulur – YENİLƏNİR

blank
Dünya futbolu2022-12-02 09:42

Noyer rekordçu, Morata şərik oldu

blank
Premyer-liqa2022-12-02 09:30

“Neftçi” “Qarabağ”a qarşı – YENİLƏNİR

blank
Dünya futbolu2022-12-02 09:28

Belçika yalnız DÇ-30-a görə şükür edir

blank
Dünya futbolu2022-12-02 09:14

Almaniya qrupda qalmağa adət edir

blank
Ölkə futbolu2022-12-02 09:00

“Səbail”, Kerjakova nə gərək var?

blank
Digər idman növləri2022-12-02 01:44

“Murov” Niderland klubuna ilk oyunda məğlub oldu

blank
Premyer-liqa2022-12-02 01:15

“Neftçi” – “Qarabağ” matçının hakimləri bəlli oldu

blank
Ölkə futbolu2022-12-02 00:56

DÇ-2022: Almaniya dayandı, Yaponiya və İspaniya 1/8 finala çıxdı

blank
Ölkə futbolu2022-12-01 23:58

“Neftçi” “Qarabağ”la oyuna hazırlığı başa vurdu

blank
Ölkə futbolu2022-12-01 23:05

“Neftçi”də yeni rəhbərlik: SOCAR prezidenti, təhsil naziri və başqaları var

blank
I Divizion2022-12-01 22:47

“Araz Naxçıvan” Premyer Liqaya gəlməyəcək: sponsorlar geri çəkildi

blank
Dünya futbolu2022-12-01 22:35

Messi yeni müqaviləyə razılaşdı

blank
Dünya futbolu2022-12-01 22:20

“Hətta dünya çempionluğu da qərarıma təsir etməyəcəkdi”

blank
Ölkə futbolu2022-12-01 22:04

“Neftçi”də hesabat günü

blank
Dünya futbolu2022-12-01 21:53

Belçika millisi baş məşqçisiz qaldı

blank
Dünya futbolu2022-12-01 21:39

UEFA “Yuventus” haqda araşdırmaya başladı

blank
Premyer-liqa2022-11-29 20:11

“Qəbələ” Sumqayıtdan 1 xalla qayıtdı – VİDEO

blank
Premyer-liqa2022-11-29 17:21

“Turan Tovuz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2022-11-28 21:39

Rəşad Sadıqov: “Belə xallar çempionatın sonunda çox dəyərli olur”

blank
Premyer-liqa2022-11-28 21:27

“Zirə” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2022-11-28 17:28

“Şamaxı” və “Kəpəz”dən hərəyə 1 qol və 1 xal – VİDEO

blank
Ölkə futbolu2022-11-28 11:21

Fariz Nəcəfov: “Müharibədə ölməkdən bir an belə qorxmamışam” – VİDEO

blank
Premyer-liqa2022-11-27 18:45

Emin Mahmudov het-trik etdi, “Neftçi” 3 xala sevindi – VİDEO

blank
Ölkə kuboku2022-11-23 20:10

“Sabah” 1/4-ə darmadağınla yüksəldi – VİDEO

blank
Ölkə kuboku2022-11-23 18:40

“Zirə” 2 cavabsız qolla 1/4 finalda – VİDEO

blank
Ölkə kuboku2022-11-23 16:54

Rəşad Sadıqov “Mingəçevir” üzərindəki qələbədən danışdı – VİDEO

blank
Ölkə kuboku2022-11-23 11:01

“Səbail” 4 cavabsız qolla 1/4 finalda – VİDEO

blank
Ölkə kuboku2022-11-22 17:45

“Turan Tovuz”a 1 qol bəs etdi – VİDEO

blank
Milli komanda2022-11-20 22:44

Millimizin Skopye zəfəri – VİDEO

blank
Milli komanda2022-11-17 10:21

Millimizin Kişinyov zəfəri – VİDEO

blank
Ölkə futbolu2022-11-16 16:06

“Sabah”dan bombardiri ilə yeni müqavilə

blank
Ölkə futbolu2022-11-14 18:40

Yevlaxda futbol sevinci – VİDEO

blank
Premyer-liqa2022-11-13 20:13

“Qarabağ”ı büdrədən tapıldı – VİDEO

blank
Premyer-liqa2022-11-13 18:04

Qərb derbisində heç-heçə – VİDEO

Premyer-liqa2022-11-13 17:42

Tərlan Əhmədov: “Bu gün məğlub da olsaydıq, komandadan razı qalardım” – VİDEO

blank
Premyer-liqa2022-11-13 17:23

Ayxan Abbasov: “Xal, qələbə üçün çox əziyyət çəkmək lazımdır” – VİDEO

blank
Premyer-liqa2022-11-12 21:55

“Neftçi”dən inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2022-11-12 19:36

Rəşad Sadıqov: “Onlar səviyyəcə digər komandalardan fərqlənirlər”

blank
Premyer-liqa2022-11-12 19:05

“Zirə” “Səbail”i tək qolla yendi – VİDEO

blank
Premyer-liqa2022-11-11 17:24

Şamaxıda 6 qolluq oyun – VİDEO

blank
Premyer-liqa2022-11-09 18:00

“Qarabağ”dan ardıcıl 13-cü qələbə – VİDEO

blank
Premyer-liqa2022-11-09 17:40

“Bu, güclənməyimizə imkan vermir” – Ayxan Abbasov

blank
Premyer-liqa2022-11-09 17:18

“Buna bir çıxış yolu tapmaq lazımdır” – Qurban Qurbanov

blank
Dünya futbolu2022-11-07 10:17

10 futbolçu meydandan qovuldu, “Rasinq” qalib elan edildi – VİDEO

blank
Premyer-liqa2022-11-06 21:46

“Qarabağ”la “Kəpəz” də bacarmadı – VİDEO

blank
Premyer-liqa2022-11-06 18:17

“Səbail” “Sabah”a belə məğlub oldu – VİDEO

Facebook

Gündəm