Dünya futbolu
“Qeyri-adi bir şey etməliyik” – Alleqri

İtaliyanın “Yuventus” klubunun baş məşqçisi Massimiliano Alleqri komandanın 15 xaldan məhrum edilməsindən sonra növbəti mövsümdə Çempionlar Liqasına vəsiqə qazanmaq şanslarını dəyərləndirib.
Futbolinfo.az xəbər verir ki, o, bunları söyləyib:
“Onlar mənə doqquz xal itirə biləcəyimizi deyəndə, mövsümün sonunda Çempionlar Liqasına düşmək şanslarımızı anlamaq üçün hesablamalar apardım. Son qərar gələndə yenidən saymağa başladım. Çempionlar Liqasına düşə bilməyimiz üçün qeyri-adi bir şey etməliyik”.
Fəaliyyətində yol verdiyi maliyyə pozuntularına görə “Yuventus”un A Seriyasında topladığı xalların 15-i silinib. Nəticədə, klub turnir cədvəlində 3-cü pillədən 10-cu sıraya enib.
