Dünya futbolu
Qleyzerlərə yeni dəstək – “Mançester Yunayted” satılmır
“Mançester Yunayted”in satılması təxirə düşə bilər. Buna səbəb İngiltərə təmsilçisinin sahiblərinin yeni maliyyə mənbələri tapması ilə bağlıdır.
Futbolinfo.az xəbər verir ki, qətərli investorların almaq üçün 5 milyard funt-sterlinq təklif etdiyi “Mançester Yunayted”in sahibləri ABŞ-dan dəstək alıb. Xəbərlər doğrulsa, Qleyzerlər ailəsinin klubu satmaqla bağlı məcburiyyəti aradan qalxacaq.
Belə ki, “Milan”ın əvvəlki sahibi olan “Elliott Investment Management” şirkəti Qleyzerlər ailəsinə klubu böyütmək üçün maddi dəstək təklif edib. ESPN-in məlumatına görə, tərəflər xırda detallarda razılaşsa, qətərlilərin təklifi rədd ediləcək, MY-nin sahibləri dəyişməyəcək.
- Premyer-liqa2024-02-02 15:51
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Ölkə futbolu2024-02-01 08:00
Qonaqların istədiyi kimi: Abasov matçdan öncə uduzmuşdu
- Müsahibə2024-02-02 11:07
Qurban Qurbanov: “Şəxsi maraqlara görə səhv qərar vermək olmaz”
- Milli komanda2024-02-01 09:07
De Byazi: “Azərbaycan millisində hələ də maraqlı elementlər var”