Dünya futbolu
Qleyzerlər şeyxin ilk təklifini rədd etdi
Qətərli investorlar “Mançester Yunayted”i almaq planlarını bu ay reallaşdırmaq niyyətindədir. İlk rəsmi təkliflə Qleyzerlər ailəsinin qapısını dönən asiyalılar rədd cavabı alsa da, digər müştərilərlə müqayisədə daha böyük məbləğ təklif edirlər.
Futbolinfo.az “The Telegraph”a istinadən xəbər verir ki, ingilis klubunun qatı azarkeşi olan Şeyx Tamim bin Hamad Əl Tani 4,5 milyrad avroluq təklif göndərib. Klubu satmağa qərar verən amerikalı sahiblər isə 6,3 milyard tələb etdiyindən ilk cəhd uğursuz olub. Digər müştərilər ərəblərin təklifindən daha artığını ödəmək istəmir, amma Qətər əmiri məbləği artıracaq.
Qətərli investorların sərvəti 335 milyard funt-sterlinqlə ölçülür. Onlar İngiltərə bazarına daxil olmaq üçün futbola bir vasitə kimi baxır. Şeyx Tamim bin Hamad Əl Tani klubun alışını imkan daxilində tez tamamlamaq və yay transfer dövründə klubu ciddi şəkildə gücləndirmək niyyətindədir.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu