Dünya futbolu
Qoretska Naqelsmannın istefasını gözləmirmiş

“Bayern”in yarımmüdafiəçisi Leon Qoretska komandadakı məşqçi dəyişikliyini gözləmirmiş. O, qısa müddət ərzində Yulian Naqelsmannın Tomas Tuhellə əvəzlənməsini qəribə sayır.
Futbolinfo.az xəbər verir ki, təcrübəli futbolçu alman məşqçilərin bir-birini əvəzləməsinə səbəb görmür: “Mənim Naqelsmannla heç bir problemim olmayıb. Paltardəyişmə otağında etibarını heç vaxt itirmədiyini əminliklə söyləyə bilərəm. Onun istefaya göndərilməsi xəbəri şok effekti verdi. Biz oyunçular hamımız nəyin baş verdiyini anlamadıq”.
Xatırladaq ki, Münhen klubu rəhbərliyi səbəb açıqlamadan Naqelsmannı istefaya göndərib və ertəsi Tuheli baş məşqçi təyin edib. Yeni baş məşqçi ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıbsa, Yuliana 26 milyon avro təzminat ödəniləcək.

- I Divizion2023-05-26 08:30
MOİK Diviziondan uzaqlaşdırıla bilər
- Ölkə futbolu2023-05-25 08:30
Şeydayev kəndlilərin komandasında: növbəti uğurlu azad agent ovu
- I Divizion2023-05-25 15:39
AFFA rəhbərliyinin səbəbkar olduğu bataqlıq: stimulu qumarda tapanlar
- Ölkə futbolu2023-05-26 10:20
“Neftçi” Rusiyada oynayacaq