Digər idman növləri
Qran-pridə daha bir gümüş medal

Azərbaycan daha bir cüdoçusu Avstriyanın Linz şəhərində keçirilən qran-pridə gümüş medal qazanıb.
Futbolinfo.az xəbər verir ki, ikinci yarış günündə oxşar uğuru Rəşid Məmmədəliyev də təkrarlayıb.
73 kq çəki dərəcəsində çıxış edən idmançımız gərgin keçən final görüşündə İsraildən olan Tohar Butbulla üz-üzə gəlib. Qarşılaşma 13 dəqiqədən çox çəkib. Məmmədəliyev qızıl xal bölümündə cərimə xalına görə uduzub.
Eyni çəkidəki Nurlan Osmanov və 81 kq-dakı Zelim Tçkayev mübarizəni dayandırıblar.
Xatırladaq ki, ilk yarış günündə Kamran Süleymanov (66 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanmışdı.

- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Ölkə futbolu2023-09-15 18:20
Şeydayevdən iki məhsuldar ötürmə
- Ölkə futbolu2023-09-14 19:00
“Neftçi”də əcnəbi idman direktoru: Kamil Məmmədov müşavir olacaq