Dünya futbolu
Qrinvud məşqlərə buraxılmır – daxili araşdırma davam edəcək
Meyson Qrinvud cari mövsümdə futbol oynamayacaq. “Mançester Yunayted” onu yaya kimi məşq prosesindən kənar tutmağı lazım bilib.
Futbolinfo.az xəbəbr verir ki, istedadlı oyunçu zorlama ittihamı ilə həbs olunmuşdu. Yaxınlarda məhkəmə onun günahsız olmasına qərar verib. Bundan sonra futbolçunun idman həyatını bərpa etməsi üçün problem qalmayıb.
Lakin İngiltərə klubu Meysona “yaşıl işıq” yandırmağa tələsmir. Oyunçu klubdan ona üvənməməsi və müdafiə etməməsi üzündən incikdi. Klub isə hələlik daxili araşdırma aparmağı lazım bilir. Bu səbəbdən Qrinvud məşqlərə buraxılmır.
21 yaşlı sağ cinah hücumçusunun yetirməsi olduğu klubla 2025-ci ilin yayınadək müqaviləsi var.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq