Dünya futbolu
Qrizmann yoxdursa, çempionluq var
Antuan Qrizmannın qəribə taleyi var. Fransa millisinin hücumçusu İspaniyada 14 il keçirməsinə rəğmən, heç vaxt çempion olmayıb.
Futbolinfo.az xəbər verir ki, 5 il oynadığı “Real Sosyedad”dan 2014-də “Atletiko”ya gedən, 2019-2021 mövsümündə “Barselona”da çıxış edən, daha sonra Madridə qayıdan oyunçu heç vaxt qızıl medal qazanan heyətdə olmayıb. Bu illərdə sözügedən komandalar dəfələrlə İspaniyanın ən güclüsü olsalar da, Antuan həmişə başqa düşərgədə olub.
Qrizmann 2014-də “Atletiko”ya gələndə paytaxt klubu Dieqo Simeone ilə artıq çempion olmuşdu. O, Madrid klubunda 5 il oynadı, bu müddətdə “Barsa” 4 dəfə qızıl medal qazandı. Hücumçu “Barselona”ya getdikdən bir il sonra isə “Atletiko” zirvəyə qalxdı.
Və bu mövsüm fransalı yenə “Atletiko”dadır. Qızıl medalları isə qazanan “Barselona” oldu.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”