Lion “Olimpik”i bu gün yeni baş məşqçisini rəsmən təqdim edəcək. Loran Blanı istefaya göndərən Fransa klubu təyinata hazırlaşır.

Futbolinfo.az xəbər verir ki, lionluların dünən “Havr”la ev matçını stadiondan izləyənlər arasında komandanın yeni baş məşqçisi Fabio Qrosso da olub. İtaliyalı mütəxəssis yeni komandasının oyununu qonaqlar üçün ayrılmış tribunadan izləyib.

Klub rəhbərliyi və şəxsi agenti ilə birlikdə oyunu izləyən Qrossonun bu gün 1 illik müqavilə imzalayacaq.

Shares: