Premyer-liqa
Qurban Qurbanov: “Axtarış da davam edir, danışıqlar da”

“Qarabağ” Azərbaycan Premyer Liqasının 19-cu turunun oyununda səfərdə “Turan Tovuz”u 3:2 hesabı ilə məğlub edib.
Futbolinfo.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- İlk dəqiqələrdən gərgin oyun getdi. Çox möhkəm komandaya qarşı oynadıq. Rəqibin iki hücumçusu müdafiə xəttimizə çox çətinlik yaratdı. Antalyadan birbaşa bura gəlmişik. Futbolçularda bir az yorğunluq var idi. Ən vacib üç xallarımızdan birini qazandıq. “Turan Tovuz”a uğurlar arzulayıram.
- Qapıçı mövqeyi ilə bağlı axtarışlar nə yerdədi?
- Axtarış da gedir, danışıqlar da. Qarşıda bir neçə gün vaxtımız var. Məqsədimiz əlimizdə olan futbolçuların idman formasını yaxşılaşdırmaqdır. Futbolçularımın hər birinə güvənirəm.
- Andrey Lunyovun transferi nə dərəcədə realdır?
- Hələ ki, ancaq danışıqlar gedir. (Sportal)

- Ölkə futbolu2023-03-18 09:24
Gerye yenidən “Qarabağ”da
- Layihə2023-03-19 09:00
Təməl problemi: “Ən savadlı məşqçilər aşağı yaş qruplarında işləməlidirlər”
- Dünya futbolu2023-03-17 22:51
Mahir “Qalatasaray”a qarşı 79 dəqiqə oynadı
- Ölkə futbolu2023-03-18 09:47
“Sumqayıt”da baş məşqçi köməkçisi ilə əlbəyaxa oldu